Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov voleybol üzrə 20 yaşadək qızlar arasında Avropa çempionatının I təsnifat mərhələsində hakimlik edəcək.
QELEBE.AZ xəbər verir ki, yarış oktyabrın 22-dən 25-dək Gürcüstanın Rustavi şəhərində keçiriləcək.
EEVZA-nın təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və Gürcüstanın milli komandaları mübarizə aparacaqlar.

https://qalaba.az//uploads/photo/eldar-zulfuqarov-avropa-chempionatinda-hakimlik-edecek.webp