“Sabah”dan azarkeşlərə jest
“Sabah” yeni stadionunda “Masazır tribunası”nın yaradılacağını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, illərdir komandanın yanında olan, sevincini, kədərini və qələbələrini bölüşən Masazır sakinlərinin şərəfinə yeni “Sabah Arena”da xüsusi tribuna fəaliyyət göstərəcək.
Klubun açıqlamasında qeyd olunub:
“İllərdir yanımızda olan, sevincimizi, kədərimizi və qələbələrimizi bizimlə bölüşən Masazır sakinlərini unutmuruq! Yeni evimiz “Sabah Arena”da onların sevgisi və sədaqətinin rəmzi olaraq “Masazır tribunası” fəaliyyət göstərəcək. Stadionumuz dəyişsə də, dəyərlərimiz dəyişmir!”.

https://qalaba.az//uploads/photo/sabahdan-azarkeshlere-jest.webp