Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək

Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək

Kişi voleybolçuların Superliqasında 2026/2027 mövsümünə oktyabrın 23-də start veriləcək.

Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.

I turun oyunları oktyabrın 23-24-də keçiriləcək.

Turun ilk günündə Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində iki qarşılaşma baş tutacaq.

Saat 16:00-da "Azərreyl" və "Gənclər", 18:00-da isə "Murov Az Terminal" və "Ordu" komandaları qarşılaşacaqlar.

I turun son oyunu oktyabrın 24-də Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək. Saat 17:00-da "Xilasedici" və "Neftçi" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, kişi voleybolçuların Superliqasında oyunlar dairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.

İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsində qərarlaşacaq komandalar pley-off mərhələsində iştirak hüququ qazanacaqlar.