Azərbaycan klubları Avropa Kubokunda qələbə qazandı
Monteneqronun Budva şəhərində şahmat üzrə klublar arasında keçirilən Avropa Kubokunda VI turun oyunları başa çatıb.
QELEBE.AZ xəbər verir ki, kişilərin mübarizəsində təmsilçimiz “Vüqar Həşimov” klubu Almaniyanın “Sankt-Pauli 1910” kollektivini 5:1 hesabı ilə məğlub edib.
Qadınların yarışında isə “Odlar Yurdu” Lüksemburqun “Gambit Bonnevua” komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib.
Altı turdan sonra 10 xalı olan “Odlar Yurdu” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. “Vüqar Həşimov” klubu isə 8 xalla 17-ci sıradadır.

https://qalaba.az//uploads/photo/azerbaycan-klublari-avropa-kubokunda-qelebe-qazandi.webp