U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti matçını keçirib.
Yığma saat 12:45-də Andorra ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. Famil Xəlilovun yetirmələri qələbə qazanmağı bacarıblar.
Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.
Foto - İlkin Nəbiyev ©️ APA GROUP
***
09:36
Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan millisi növbəti 2 matçını keçirəcək.
Yığma saat 12:45-də Andorra ilə qarşılaşacaq. Komanda günün ikinci matçında isə Avstraliya ilə üz-üzə gələcək. Görüş saat 19:30-da başlayacaq.
Hər iki oyun Hövsan Yarış Kompleksində keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşündə Şərqi Timor komandasına 6:0 hesabı ilə qalib gəlib.

https://qalaba.az//uploads/photo/u-15-dunya-chempionati-azerbaycan-millisi-novbeti-qelebesini-qazanib-fotolent-yenilenib.webp











