MOK-da Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

MOK-da Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən tədbir keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) inzibatı binasında Ümümmilli Lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü münasibətilə tədbir keçirilib.

MOK-dan "QELEBE.AZ"a verilən məlumata görə, tədbirdə 1995-ci ildə Bakı İdman Sarayında Ümummilli lider Heydər Əliyevin dünya, Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşündə ulu öndərin tarixi çıxışını izləyən idmançılar, məşqçilər və idman xadimləri bir araya gəliblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, MOK-un baş katibi Azər Əliyev, olimpiya çempionları, tanınmış idman veteranları və mütəxəssislərinin, media nümayəndələrinin iştirak etdiyi yığıncaqda Heydər Əliyevin Azərbaycan idman tarixindəki rolundan, fəaliyyətindən bəhs edən videomaterial təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevlə olan görüşlərlə bağlı maraqlı anlardan danışılıb. İlk olaraq, 1995-ci il martın 5-də Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunmuş olimpiya çempionu Nazim Hüseynov o tarixi günə dair xatərələrini bölüşüb. Həmin tarixdə bir qrup idman mütəxəssisinin orden və medallarla təltif edildiyini də xatırladıb. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bu şərəfli tarixi gündən əsasını götürən və ölkədə indi də böyük uğurla davam etdirilən idmanın, olimpiya hərəkatının inkişaf mərhələlərinin şahidi və iştirakçısı olmağın bəxş etdiyi qürur, fərəh hissindən danışıb: “Ulu Öndər Heydər Əliyev Azərbaycan idmanına çox böyük töhfələr verib, diqqət və qayğı göstərib. Ancaq, onun Azərbaycan idmanına göstərdiyi diqqət və qayğısı ilə yanaşı, ən böyük töhfəsi İlham Əliyevə MOK-un rəhbərliyini təklif etməsi olub”.

Vaxtilə Azərbaycanın idman şərəfini qoruyan, ölkənin hüdudlarından kənarda yaşayan azərbaycanlıların xatirələri də tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Avstraliyada yaşayan atıcılıq üzrə dünya çempionatının 3 qat gümüş mükafatçısı Valeriy Timoxinin, Rusiya Federasiyasında yaşayan voleybol üzrə 2 qat olimpiya çempionu, 3 qat Avropa çempionu, İnna Rıskalın, ABŞ-da məşqçilik fəaliyyətini davam etdirən qılıncoynatma idman növü üzrə dünya çempionu, 5 qat SSRİ çempionu Samir İbrahimovun Heydər Əlievlə bağlı xatirələrindən bəhs edən videomüsahibələri alqışlarla qarşılanıb.

Xatirələrini bölüşən MOK-un vitse-prezidenti, olimpiya çempionu Zemfira Meftahətdinova, MOK-un Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, MOK-un İcraiyyə Komitəsinin üzvü Faiq Qarayev, əməkdar məşqçi Asif Əsgərov, beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, SSRİ-nin əməkdar məçqçisi Ağayar Axundzadə, Olimpiya Oyunlarının mükafatçısı Vüqar Ələkbərov, 3 qat dünya çempionu Məhyəddin Allahverdiyev, beynəlxalq dərəcəli qrossmeyster Aynur Sofiyeva, əməkdar məşqçi İsmayıl İsmayılov, İslam Oyunlarının qalibi Fəridə Əzizova da ümumilli lider Heydər Əliyevin Azərbaycan idmanına və idmançılara göstərdiyi diqqət və qayğı ilə bağlı fikirlərini bildiriblər. Onlar qeyd ediblər ki, ölkədə idman və olimpiya hərəkatı dövlətin, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin daimi qayğısı ilə əhatə olunub. Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi də bu qayğının parlaq təzahürüdür.

Gənc idmançıların Azərbaycanın şanlı idman salnaməsini yazan veteran idmançıları alqışlarla qarşılaması isə tədbirə xüsusi rəng qatıb. Ümümmilli lider Heydər Əliyevin anadan olunmasının 100 illik yubileyinə həsr edilən 5 mart Bədən Tərbiyəsi və İdman günü tədbirində 2022-ci ilin yekunları ilə bağlı 5 naminasiya üzrə "Ədalət prinsiplərinə sadiq” olanların mükafatlandırma mərasimi də keçirilib.

Könül Mahmudova Ədalətli Oyunlar prinsiplərinə sadiq təbliğatçısı, Taleh Ziyadov Ədalətli Oyunlar prinsiplərinə sadiq idman xadimi, Asif Məlikov Ədalətli Oyunlar prinsiplərinə sadiq idman hakimi, Qurban Qurbanov Ədalətli Oyunlar prinsiplərinə sadiq məşqçi, Eldəniz Əzizli isə Ədalətli Oyunlar prinsiplərinə sadiq idmançı nominasiyaları üzrə mükafata layiq görülüblər.

Bundan başqa, stolüstu tennis üzrə SSRİ idman ustası, beynəlxalq dərəcəli hakim Aleksandr Zudova Azərbaycan və Rusiya dövlətləri arasında Olimpiya hərəkatına, beynəlxalq əməkdaşlıq sahəsindəki töhfəyə görə Rusiya Olimpiya Komitəsi tərəfindən təltif olunduğu xüsusi diplom təqdim olunub. Çimərlik güləşi üzrə yığma komandanın baş məşqçisi Oyan Nəzərianiyə isə 2019-cu ildə Dohada keçirilən çimərlik güləşi oyunlarının bürünc medalı təqdim edilib. Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı yeni, fərqli formatda keçirilən tədbir MOK və İdman Azərbaycan Televiziyası ilə birgə təşkil olunub.

Fərdi
Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Türkiyəli səfir: “Azərbaycan təlim-məşq toplanışları üçün ideal yerdir"

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi 5-ci yeri tutub

Fərdi
Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Taekvondo üzrə Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik olub

Fərdi
Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Gələn il Azərbaycanda “Heydər Əliyev İli” çərçivəsində idman yarışları və beynəlxalq turnirlər təşkil ediləcək

Fərdi
Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Azərbaycanın cüdo üzrə Avropa çempionu: “Hədəfim qızıl medal qazanmaq idi”

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Turan Bayramov: "Gümüş medalı şəhid qardaşlarımıza həsr edirəm"

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycan boksçusu beynəlxalq turnirə qələbə ilə başlayıb

Fərdi
FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik edib

Fərdi
"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

"Mingəçevir Reqatası"nda ilk günün qalibləri bəlli olub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib