“Neftçi” qələbə axtarışında - YENİLƏNİR
“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununu keçirəcək.
QELEBE.AZ xəbər verir ki, paytaxt təmsilçisi H qrupunun VI turunda Yunanıstanın “Mikonos” klubunu qəbul edəcək.
Milli Gimnastika Arenasında baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq.
Qrup mərhələsində keçirdiyi beş oyunun hamısında məğlub olan “Neftçi” 6-cı, sonuncu pillədə qərarlaşıb. Azərbaycan təmsilçisi Yunanıstan klubu ilə görüşdə ilk qələbəsini qazanmağa çalışacaq.
Qeyd edək ki, “Neftçi” növbəti matçını noyabrın 18-də Latviyanın VEF “Riqa” komandasına qarşı keçirəcək.

https://qalaba.az//uploads/photo/neftchi-qelebe-axtarishinda-yenilenir.webp