Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u darmadağın edib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u darmadağın edib

Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, bağlanış oyununda "Neftçi" "Turan Tovuz"u qəbul edib. "Bakcell Arena"da keçirilən görüş "ağ-qaralar"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolu 20-ci dəqiqədə Sezar Meza Kolli vurub. 4 dəqiqə sonra kapitan Emin Mahmudov fərqi artırıb. 72-ci dəqiqədə Mateus Saldanya 3-cü topu qonaqların qapısından keçirib. 83-cü dəqiqədə dubl edən Mahmudov matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 52-yə çatdıran "Neftçi" 3-cü pillədəki mövqeyini qoruyub. 26 xalı olan "Turan Tovuz" isə 6-cı sırada yer alıb.

Qeyd edək ki, turun "Zirə" - "Şamaxı" matçında qalib müəyyənləşməyib - 2:2. "Sumqayıt" "Səbail"i 1:0, "Sabah" "Kəpəz"i 2:0, "Qarabağ" isə "Qəbələ"ni 3:1 hesabı ilə üstələyib.

18:34

Azərbaycan Premyer Liqasının XXV tur oyununda üz-üzə gələcək "Neftçi" və "Turan Tovuz"un start heyətləri bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 92. Ömər Qurbanov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev (k), 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 33. Eltun Turabov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 97. Sadiq Şəfiyev, 19. Runi Eva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da başlayacaq.

Futbol
Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Millinin baş məşqçisi Qara Qarayevin yığmaya çağırılmamasına münasibət bildirib

Futbol
Belçikadan minimal hesablı qələbə -

Belçikadan minimal hesablı qələbə -

Futbol
Mostbet bukmeyker rəyi

Mostbet bukmeyker rəyi

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Azərbaycan Premyer Liqası: Gəncədə tarixi derbi, "Qarabağ" "Sabah"a qarşı

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Kriştiano Ronaldo “Qızıl top”larından birini 600 min avroya satıb

Futbol
DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

DÇ-2022: Qrup mərhələsinin rəmzi komandası açıqlanıb

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
Danimarka Tunislə bərabərə qalıb

Danimarka Tunislə bərabərə qalıb

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 2 komanda 1/8 finala vəsiqə qazanıb