UEFA və FIFA proqramlarından AFFA-ya ayrılan vəsait açıqlanıb

UEFA və FIFA proqramlarından AFFA-ya ayrılan vəsait açıqlanıb

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaqdan ötrü UEFA-nın “Hat-Trick” Həmrəylik proqramları çərçivəsində 2021/2022 və 2022/2023 mövsümləri üçün AFFA-ya ümumilikdə 6 737 866 manat maliyyə vəsaiti ayrılıb.

“Report”un məlumatına görə, bu məbləğ müxtəlif yaş qrupları üzrə milli komandaların, liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.

Vəsaitin 1 206 870 manatı 2021/2022 mövsümü, 3 456 878 manatı isə 2022/2023 mövsümü üçün milli assosiasiyanın hesabına köçürülüb.

“Hat-Trick 5” layihəsi çərçivəsində infrastruktur sahəsi üçün ayrılan 1 152 557 manat Gəncədə Məşq Mərkəzi və Futbol Akademiyasınn inşaasına yönəldilib.

Həmçinin, UEFA Millətlər Liqasındakı iştiraka görə də 2 074 118 manat gəlir əldə olunub.

Bundan başqa, ötən il FİFA-nın “Forward” proqramı ilə AFFA-nın büdcəsinə 3 485 804 manat vəsait daxil olub. Vəsaitin 1 790 610 manatı əməliyyat xərcləri üzrə, 850 000 manatı COVID-19 pandemiyasına dəstək proqramı çərçivəsində qadın futbolu üçün, 845 194 manatı isə “Forward” proqramı çərçivəsində VAR layihəsinin tətbiq olunması üçün ödənilib.

“Forward” proqramı ilə 440 600 manat maliyyə vəsaiti Tovuz Futbol Məşq Mərkəzinin saxlanılması istiqamətində xərclənib.

Futbol
Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Tərlan Əhmədovun "Kəpəz"də köməkçiləri bəlli olub

Futbol
Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Azərbaycan millisi tarixi nəticəyə imza atıb

Futbol
AFFA dörd klubu cəzalandırıb

AFFA dörd klubu cəzalandırıb

Futbol
Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Qətərli iş adamları “Liverpul”u ala bilərlər

Futbol
"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

"Real Madrid" Ukraynaya 1 milyon avrodan çox ianə edib

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

"Bavariya" baş məşqçisi ilə bağlı qərarını açıqlayıb

Futbol
Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Elmar Baxşıyev: "Bizdə əsas və ehtiyat oyunçu anlayışı yoxdur"

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
“Sabah”ın qış hazırlıq planı açıqlanıb

“Sabah”ın qış hazırlıq planı açıqlanıb

Futbol
AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb

AVRO-2024: Almaniya millisinin hazırlığına nəzarət edəcək xüsusi komitə yaradılıb