Tofiq Musayev: “Azarkeşlər qan görmək istəyirlər”

Tofiq Musayev: “Azarkeşlər qan görmək istəyirlər”

“Azarkeşlər Şabli ilə döyüşümüzdə qan görmək istəyirlər”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Tofiq Musayev (70 kq) “Bellator”da rusiyalı Aleksandr Şabli ilə keçiriləcək görüş barədə danışarkən deyib.

34 yaşlı idmançı Dünya Qran-prisinin 1/4 final mərhələsində baş tutacaq döyüş öncəsi iddialı danışıb. O, MMA-da tarix yazmaq arzusunda olduğunu söyləyib: “Tam olaraq Şabli ilə döyüşə köklənmişəm. Rəqibim ayaq üstə yaxşı döyüşməyi bacarır. Əl və ayaq zərbələri qüvvətlidir. Güman edirəm ki, ayaq üstə maraqlı döyüş olacaq. Bura mənim üçün böyük arenadır. Tarix yazan idmançılar sırasında olmağa çalışıram”.

Musayev böyük liqalarda vuruşmağın çətin olduğunu vurğulayıb: “Burada yer almaq hər bir idmançının arzusudur. Bu liqada müəyyən uğurlar əldə etmişəm. Turnirdə kifayət qədər güclü döyüşçülərlə mübarizə aparırsan. Əlbəttə ki, heç nə asan olmur. Ancaq nəyin bahasına olursa-olsun, istədiyim uğura çatmaqdan ötrü əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Tofiq Musayevlə Aleksandr Şabli arasında döyüş martın 11-də ABŞ-ın San-Xose şəhərində keçiriləcək. “Bellator”un mükafat fondu 1 000 000 ABŞ dollarıdır. İndiyə qədər Şabli MMA-da keçirdiyi 25 görüşdə 22 qələbə, Musayev isə 22 döyüşdə 18 qələbə qazanıb.

Fərdi
Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Bakıda şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Azərbaycan boksçuları Avropa çempionatını 5 medalla başa vurub

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Azərbaycanın Avropa çempionatında iştirak etmiş cüdoçuları Vətənə qayıdıb

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Fərdi
Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Azərbaycan təmsilçisi dağ xizəyi üzrə yarışlarda birinci yeri tutub

Fərdi
Fərid Qayıbov: "İli uğurla və sabaha inamla başa vururuq"

Fərid Qayıbov: "İli uğurla və sabaha inamla başa vururuq"

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

Fərdi
BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

BŞH: "Azərbaycan Qran-prisində sprint yarışının keçirilməsi hələlik təsdiqlənməyib"

Fərdi
Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın 7 boksçusu beynəlxalq turnirdə qızıl medal qazanıb