Avropa çempionatı: Azərbaycanın beş güləşçisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın beş yunan-Roma güləşçisi Rumıniyanın paytaxtı Buxarestə start götürəcək U-23 Avropa çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsindəki Rahim Həsənov 1/4 final mərhələsində Karapet Manvelyan (Ermənistan) / Sabolç Losonç (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
63 kq-dakı Ziya Babaşov təsnifatda Sahak Hovannisyanın (Ermənistan) müqavimətini qırmağa çalışacaq.
77 kq-dakı Xasay Həsənli təsnifatda Şahan Acarla (Türkiyə), 87 kq-dakı Məhəmməd Əhmədiyev eyni raundda Açika Bolkvadze ilə (Gürcüstan), nəhayət, 130 kq-dakı Sərxan Məmmədov Mixaylo Vişnivetski (Ukrayna) ilə görüşəcək.
Qeyd edək ki, Avropa çempionatı martın 19-da başa çatacaq.

https://qalaba.az//uploads/photo/avropa-chempionati-azerbaycanin-besh-guleshchisi-mubarizeye-bashlayir.webp











