Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Monteneqroda beynəlxalq turnirdə mübarizə aparacaq

Martın 14-də Monteneqronun Budva şəhərində gənc oğlan və qız boksçular arasında beynəlxalq turnir start götürəcək.

Federasiyadan apasport.az saytına verilən məlumata görə, 5 gün davam edəcək yarışda Azərbaycan yığması 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadə Budvada Sübhan Məmmədov (51 kq), Ömər Aslanlı (54 kq), Məhəmmədəli Aşurəliyev, Məhəmmədəli Qasımzadə (hər ikisi 57 kq), Nəsir Səyyad (60 kq), Aslan Quliyev (63,5), Sənan Hətəmov (67 kq), Ziya Həsənov (71 kq) və Səbuhi Əlizadəyə (92 kq) şans verəcək.

Qızlardan ibarət yığma məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında çıxış edəcək. O, turnirdə Aysu İsmayılova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikayılova (52 kq), Qızbəs İsgəndərli (57 kq) və Emili Rzayevanı (66 kq) sınayacaq.

Yarışda hakimlər sırasında isə Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alacaq.

Bu gün Monteneqroya yollanan komanda martın 20-də Bakıya qayıdacaq.

Qeyd edək ki, turnirdə 23 ölkədən 191 (55 qız, 136 oğlan) boksçunun iştirakı gözlənilir.

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

FHN-in karate komandasının üzvləri beynəlxalq turnirdə uğur qazanıblar

Döyüş növləri
Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Azərbaycanın 17 taekvondoçusu Avropa birinciliyində iştirak edəcək

Döyüş növləri
Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Cüdo Federasiyası rusiyalı idmançını milliləşdirib

Döyüş növləri
Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Mariya Stadnik mundialda çempion görmək istədiyi yığmanı açıqlayıb

Döyüş növləri
Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Taekvondo üzrə dünya çempionatının keçici bayrağı Azərbaycana təqdim olunub

Döyüş növləri
Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Azərbaycan boksçuları Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Döyüş növləri
Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Nağı Səfərov: “Əsas hədəfimiz Bakıda keçiriləcək dünya çempionatıdır”

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Döyüş növləri
Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşib - FOTOLENT

Döyüş növləri
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazanıb