Rafael Fiziyev: “Castinlə döyüşə heç vaxt olmadığım qədər hazıram”

Rafael Fiziyev: “Castinlə döyüşə heç vaxt olmadığım qədər hazıram”

“Bu döyüşə heç vaxt olmadığım qədər hazıram”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyev ABŞ idmançısı Castin Geyciyə qarşı keçirəcəyi görüş öncəsi mətbuat konfransında deyib.

30 yaşlı idmançı döyüşü səbirsizliklə gözlədiyini bildirib: “Geyci mənə qalib gəlmək istəyirsə, sona qədər döyüşməlidir. O, yaxşı mübarizə aparır, ayaq zərbələrini sevir. Mənim güclü başım var, onda isə yoxdur. Mənə qarşı ən yaxşı Geyci gözləyirəm. Onun mümkün olan ən yaxşı formada olmasını istəyirəm. Çünki Castinə çətin döyüş göstərmək fikrindəyəm”.

Fiziyev bildirib ki, Geyciyə qalib gəldikdən sonra titul uğrunda mübarizədə braziliyalı Çarles Oliveyra və ya amerikalı Beneil Daiuşla qarşılaşmaq istəyir: “Castinə qalib gəldikdən sonra Dariuşla Oliveyra arasındakı döyüşün qalibi ilə titul uğrunda mübarizə aparmaq imkanı versələr, etirazım olmayacaq. Fikrimcə, Dariuş bizim divizionda çempionla döyüşməyə hamıdan çox layiqdir. Onunla qarşılaşmaq şansı yaransa sevinərəm”.

Rafael Fiziyev bu idman növünü seçməsinin səbəbini də izah edib: “Atam döyüş idman növlərinin həvəskarıdır. O, hətta küçə döyüşlərini də sevir. Buna görə də məni və bütün əmim oğlanlarını bir-birimizlə döyüşdürərdi. İki dollar da mükafat qoyardı. Hətta bunun üçün əlcəklər almışdı. Hələ orta məktəbə getmirdim, təxminən 5 yaşım var idi. Vəhşi kimi döyüşürdük. Çünki iki dollar səni kənddə varlı edirdi”.

Qeyd edək ki, Rafael Fiziyevlə Castin Geyci arasında döyüş martın 18-dən 19-na keçən gecə İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Azərbaycan karateçisi Premyer Liqanın qalibi olub

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçirəcəklər

Fərdi
"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Fərdi
"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

"Avstraliya Açığ"ın mükafat fondu rekord həddə çatacaq

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Fərdi
"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

Fərdi
Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Azərbaycanın üzgüçülük millisinə Macarıstandan məşqçi təyin olunub

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb