El Klasiko: “Barselona” “Real Madrid” üzərində əzmkar qələbə qazanıb

El Klasiko: “Barselona” “Real Madrid” üzərində əzmkar qələbə qazanıb

İspaniya La Liqasında XXVI tura yekun vurulub.

“QELEBE.AZ”un məlumatına görə, turun qapanış matçında əzəli rəqiblər “Barselona” ilə “Real Madrid” üz-üzə gəliblər.

“Nou Kamp”da keçirilən El Klasikoda hesabı qonaqlar açıblar. Daha doğrusu, kataloniyalıların müdafiəçisi Ronald Arauxo 9-cu dəqiqədə avtoqol müəllifi olub. Cinah ötürməsi zamanı onun başla tərs zərbəsi tora daxil olub. Bu, həm də XXI əsrdə İspaniya çempionatları çərçivəsində keçirilən El Klasikolarda ilk avtoqol kimi tarixə düşüb.

Lakin meydan sahibləri fasilə ərəfəsində hesaba tarazlıq gətiriblər. Serxi Roberto 45-ci dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə fərqlənib. İkinci hissəsi gərgin keçən qarşılaşmada həlledici qol 90+2-ci dəqiqədə vurulub. Sürətli qurulan əks-hücumu Frank Kessye məntiqi sonluğa çatdırmağı bacarıb. Bu, “Barselona”ya 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Bu qalibiyyət sayəsində xallarının sayını 68-ə çatdıran “Barselona” liderliyini bir qədər də möhkəmlədib. Xavi Ernandesin kollektivi ikinci sıradakı “Real Madrid”lə aradakı xal fərqini 12-yə yüksəldərək, çempionluğa bir addım da yaxınlaşıb.

Futbol
Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol üzrə Belarus çempionatında matç zamanı hakim huşunu itirib

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi bəlli olur

Futbol
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çempionlar Liqasında belə səhvlərə yol vermək olmaz"

Futbol
"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

"Real Madrid" Mbappeni transfer etmək üçün 1 milyard avro xərcləyə bilər

Futbol
DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

DÇ-2022: Bütün iştirakçıların yekun heyəti açıqlanıb

Futbol
Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Avropanın Top-5 liqalarının bu il transferlərə xərclədiyi məbləğ bəlli olub

Futbol
Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Millətlər Liqası: Niderland Belçikanı, Danimarka Fransanı qəbul edəcək

Futbol
Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qəbələ" "Kəpəz"i, "Sumqayıt" "Zirə"ni qəbul edəcək

Futbol
Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Harri Keyn İngiltərə çempionatlarında yubiley qolunu vurub

Futbol
"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

"Araz-Naxçıvan"ın daha bir rəqibi müəyyənləşib

Futbol
UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək