“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

“Qarabağ”ın fransalı futbolçusu: “Əvvəlki zədəmi tam müalicə etməmişdim”

“Əvvəlki zədəmi tam müalicə etməmişdim”.

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın futbolçusu Adama Diakabi zədə səbəbindən komandadan ayrı qalması ilə bağlı danışarkən deyib.

Bir aydır oyunlarda iştirak etməyən fransalı vinger bu zədənin yeni olmadığını söyləyib: “Etiraf edim ki, bu, yeni zədə deyil. Təxminən bir il əvvəl ciddi zədə almışdım, ayağımda sınıq var idi. Sonradan geri dönsəm də, həmin ağrını hiss edirdim. Əslində, hər şey o qədər də pis deyildi. Elə dəhşətli ağrım yox idi. Bir çox matçlarda bu zədə ilə iştirak etmişdim. Antalyada yoldaşlıq görüşlərində oynadım, “Gent”lə UEFA Konfrans Liqasının hər iki pley-off matçında meydana çıxdım. Belçikadakı cavab qarşılaşmasından sonra ağrılar şiddətlənmişdi. Belə davam etmək gücündə deyildim. Bu ağrılarla oynamaq mənim üçün çətin idi. Komandadakı tibbi heyətlə birlikdə qərara aldıq ki, zədəni tamamilə sağaldaq, problem birdəfəlik aradan qaldırılsın”.

Qış fasiləsindən sonra müqavilə imzaladığı “Qarabağ”ın heyətində Premyer Liqada cəmi 3 oyunda iştirak edən 27 yaşlı oyunçu artıq komandaya kömək etmək iqtidarında olduğunu bildirib: “Zədədən sonra sağlamlığımı bərpa etməklə məşğulam. İndi özümü yaxşı hiss edirəm. İdman zalında bərpa üçün çox çalışdım, artıq meydanda işləməyə başlamışam. Fikrimcə, zədə artıq geridə qalıb. Tez bir zamanda fiziki durumumu qaydaya salmalıyam”.

Adama Diakabinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Skopinyo Kuboku: "Neftçi" "Roma" ilə eyni qrupa düşüb

Futbol
Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

Futbol
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

2022-ci ilin ən yaxşı oyun qurucusu adına namizədlər açıqlanıb

Futbol
Poqba əməliyyat olunub

Poqba əməliyyat olunub

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

UEFA Avropa Liqası: Daha yeddi komanda növbəti mərhələyə vəsiqə qazana bilər

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

"Boka Xuniors" "River Pleyt"in qələbəsi sayəsində Argentina çempionu olub

Futbol
Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirə yekun vurulub