Jan Miniyer: “Fransa Paralimpiya Komitəsi Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır”

Jan Miniyer: “Fransa Paralimpiya Komitəsi Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır”

Fransa Paralimpiya Komitəsi Azərbaycan Milli Paralimpiya Komitəsi ilə təcrübə mübadiləsini aparmaqda maraqlıdır.

“QELEBE.AZ” xəbər verir ki, bunu “Paris 2024” Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsinin ofisində Azərbaycan Milli Paralimpiya Komitəsi və “Paris- 2024” Təşkilat Komitəsinin üzvləri arasında görüşdə Fransa Milli Paralimpiya Komitəsinin idman direktoru Jan Miniyer deyib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov görüş zamanı ölkəmizdə paralimpiya hərəkatının inkişafı, əldə edilmiş nailiyyətlər və gələcək işlər barədə məlumat verib.

Komitə prezidenti bildirib ki, Tokioda keçirilmiş sonuncu Yay Paralimpiya Oyunlarında millimiz 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla ümumilikdə 19 medal qazanaraq, oyunları ilk onluqda başa vurub. İ. Rəhimov qeyd edib ki, məqsəd Tokioda əldə edilmiş nəticələri ən azı təkararlmaqdır və bunun üçün Komitə lazım olan istiqamətdə işlər aparır.

Görüşdə bildirilib ki, Azərbaycan milli komandasının Paris 2024-də 8 idman növündə 50 idmançı ilə təmsil olunacağı gözlənilir.

İlqar Rəhimov IBSA-nın fəaliyyəti barədə də məlumat verib, oyunlarda görmə məhdudiyyətli idmançıların iştirakı üçün yaradılacaq şəraitə dair müzakirələr aparıb.

“Paris 2024” Təşkilat Komitəsinin beynəlxalq əlaqələr üzrə rəhbəri Sofi Lorant bildirib ki, Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əlaqələrin genişləndirilməsi hər iki tərəf üçün müsbət xarakter daşıyır. O, Azərbaycanın paralimpiya hərəkatına verdiyi böyük töhfələrdən söz açıb və bu təcrübənin digər ölkələrlə də bölüşülməsinin vacibliyini vurğulayıb.

Fransa Milli Paralimpiya Komitəsinin idman direktoru Jan Miniyer ölkəmizdə paralimpiya hərəkatının inkişafını yüksək qiymətləndirib.

Görüş zamanı Təşkilat Komitəsinin üzvləri tərəfindən “Paris 2024” Yay Paralimpiya Oyunlarına dair təqdimat nümayiş olunub. Tərəflər arasında gələcək əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Fərdi
Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Fərdi
Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Bakıda xeyriyyə məqsədi ilə II “Qələbə qaçışı” keçiriləcək

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın yaxt komandası ilk dəfə beynəlxalq yarışda iştirak edəcək

Fərdi
Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Azərbaycanın 2 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın taekvondo yığmasının Avropa çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Azərbaycanı dünya çempionatında təmsil edəcək boksçular açıqlanıb

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb