Avstriyalı futbolçu: "Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olacağıq"

"Hər iki matçda rəqiblərimizdən daha çox topa sahib olacağıq. Amma bundan faydalanmaq da vacibdir".

"QELEBE.AZ" xəbər verir ki, bunu Avstriya millisinin futbolçusu Qernot Trauner AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya yığmalarına qarşı keçirəcəkləri oyunlardan əvvəl "Volksblatt" nəşrinə müsahibəsində deyib.

31 yaşlı müdafiəçi rəqiblərlə yaxından maraqlandıqlarını bildirib: "Biz onların heyətlərinə nəzər yetirmişik. Məsələn, Azərbaycan millisindən Ozan Can Kökçü mənim "Feyenoord"dakı (Niderland) komanda yoldaşım Orkunun qardaşıdır".

Təcrübəli oyunçu iki görüşdə də meydana çıxmağa hazır olduğunu söyləyib: "Bu qarşılaşmalarda qələbə qazanmaq yaxşı başlanğıc olar. AVRO-2024-ün final mərhələsinə yüksəlməyi hədəfləyirik".

Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək. Hər iki görüş Linz şəhərindəki “Raiffeisen Arena”da keçiriləcək.

Futbol
AVRO-2024: Azərbaycan yığmasının oyunlarının təqvimi açıqlanıb

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Azərbaycan futbolu 2022-ci ildə: Uğur və uğursuzluqlar, rəhbər dəyişiklikləri, yeni təyinatlar - ARAŞDIRMA

DÇ-2022: İspaniya yığmasının 7 futbolçusu xəstələnib

Qətər komandası Dünya Çempionatını tərk edib

"Barselona"nın kapitanı Devid Bekhemin klubuna keçir

Həmyerlisi məhsuldar ötürmə sayında Messini keçib

“Sabah” – “Şamaxı” oyununda ikinci qırmızı vərəqə göstərilib

"Fənərbağça"nın futbolçusunu canlı yayım zamanı arı sancıb

Ronaldunun “Əl Nəsr”lə müqaviləsinə Çempionlar Liqasında oynamaq bəndi salınıb

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək