Azərbaycanın şahmat komandası III Avropa Oyunlarında mübarizə aparacaq
Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında şahmat yarışları olacaq.
"QELEBE.AZ" Avropa Şahmat İttifaqına istinadən xəbər verir ki, turnir iyunun 19-da baş tutacaq.
Qaydalara əsasən, 2 nəfərdən ibarət (1 kişi və 1 qadın) iştirakçı komandalar blitsdə mübarizə aparacaqlar.
Azərbaycanla yanaşı daha 7 ölkə yarışa qatılacaq. Yığmalar Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqə əsasən seçilir.
Reqlamentə görə komandalar dairəvi sistemlə çıxış edəcəklər. İlk dörd yeri tutanlar pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
Qeyd edək ki, III Avropa Oyunları 9 - 25 iyunda gerçəkləşəcək.

https://qalaba.az//uploads/photo/azerbaycanin-shahmat-komandasi-iii-avropa-oyunlarinda-mubarize-aparacaq.webp