Azərbaycan Kubokunun qalibi: "Bəy verən atın dişinə baxmazlar" - MÜSAHİBƏ

Azərbaycan Kubokunun qalibi: "Bəy verən atın dişinə baxmazlar" - MÜSAHİBƏ

"Gəncə" basketbol klubunun kapitanı Amil Həmzəyev karyerasına 2004-cü ildə doğma şəhərinin "Telekom" komandasında başlayıb. Bir il sonra yeniyetmələrdən ibarət Azərbaycan millisinə dəvət alan oyunçu gənclər arasında 4 qat respublika çempionu olub.

2006-cı ildə əsas yığmaya cəlb edilən Həmzəyev həmin il Rimas Kurtinaytesin rəhbərliyi altında Albaniyanın Dusess şəhərindəki Avropa çempionatının C Divizonunda qızıl medal qazanıb. İki il sonra yenidən eyni uğura imza atan basketbolçu 2017-ci ildə Bakıda təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarının qalibi, ötən il isə Türkiyənin Konya şəhərində keçirilmiş analoji yarışın gümüş mükafatçısıdır.

2019-cu ildə "Rıbnitsa" ilə Moldova Kubokunu qazanan Həmzəyev Azərbaycanın 3x3 basketbol yığması ilə də uğurlu nəticələrə imza atıb. Karyerası ərzində "Gala Baku", "NTD-Araz", "Azəri" və "Rıbitsa" ilə yanaşı, Ukraynada "Kremen" klubunun da formasını geyinib.

Ötən gün titul kolleksiyasına yenisini əlavə edən 33 yaşlı basketbolçu "Gəncə"nin heyətində Azərbaycan Kubokunun qalibi olub.

Amil Həmzəyev "QELEBE.AZ"a müsahibəsində həm qazandıqları tarixi uğurdan, həm də şəxsi karyerasından söz açıb.

- Kubokunda finalında NTD-ni 100:89 hesabı ilə məğlub edərək, titula sahib çıxdınız. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bilirsiniz ki, ölkə kuboku Azərbaycan basketbolu tarixində ilk dəfə keçirildi. 2019-cu ildə cəhd olunmuş, hətta ilk matçlar oynanılmış, amma turnir yekunlaşmamışdı. Bu mənada ilk kuboku biz qazanmaq istəyirdik. Şükürlər olsun ki, alındı.

- Kapitan kimi kuboku havaya siz qaldırdınız. Gəncəli basketbolçu kimi həmin vaxt hansı hissləri keçirdiniz?
- Çox sevincli idim. Qürur hiss keçirdim.

- Oyun barədə nə deyə bilərsiniz? Matçın gedişində 20 xallıq fərq yaransa da, sonradan üstünlüyü əldən verdiniz. Bu nə ilə bağlı idi?
- Düzdür, arada fərq 20-yə qalxdı. Bir az arxayınlaşdıq. Rəqib də var gücü ilə mübarizəyə atıldı. Çünki oyun əldən gedirdi. Maraqlı qarşılaşma oldu, NTD sona qədər vuruşdu.

- Bu, "Gəncə"nin basketbolda qazandığı ilk ciddi uğurdur...
- Bəli, elədir. Səhv etmirəmsə, 2019-cu ildə çempionatı 3-cü pillədə bitirdik. 2012-2013-cü illərdə gümüş və bürünc medallar qazanmışdıq. Kubok isə tarixdə ilkdir. Düşünürəm ki, bu titula sahib çıxmağımız lap yaxşı oldu.

- Ölkə kubokunda legioner limiti 2+3, çempionatda isə 3+2-dir. Nəzərə alsaq ki, komandalar daha çox legionerlərə üstünlük verirlər, bu amil qələbə qazanmağınızda həlledici olmadı? Bu mənada ki, "Gəncə"nin yerli oyunçuları rəqibdən daha üstün idi və meydanda legioner sayının az olması NTD-ni zəiflətmişdi...
- Limitin bizə böyük təsiri oldu. Hələ ölkə kubokunun startından öncə çoxları bizi favorit görürdü. Çünki oyunçularımızın çoxu milli komandaların üzvləridir. Bu mənada, limitin qəlib gəlməyimizdə rolu oldu.

- Ölkə kubokunun mükafat fondu 20 min manatdır və dünən həmin məbləğin yazıldığı çek sizə təqdim olundu. Ümumiyyətlə, belə bir yarış üçün 20 min manat az deyil?
- Məncə, mükafat fondunu müzakirə etmək düzgün deyil. Bəy verən atın dişinə baxmazlar.

- Maraqlıdır, mükafat basketbolçular arasında necə bölünəcək?
- Məbləğ bütün heyət üzvləri arasında bərabər formada bölünür.

- "Gəncə" çempionatda da iddialıdır və liderlərdən cəmi 1 xal geri qalır. Hədəf nədir?
- Kubokdakı qələbənin gətirdiyi özgüvəni düzgün istifadə edib, çempionatda da uğurlu çıxışını davam etdirmək istəyirik. Hədəfimiz pley-offa yüksək pillələrdən qatılmaqdır.

- Hazırda Azərbaycanda basketbola olan maraqdan, diqqət və qayğıdan razısınız?
- Federasiya rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət çox yaxşıdır. Əlbəttə, birinci il olduğu üçün bəzi çatışmazlıqlar qaçılmazdır. Amma qısa vaxtda görülən işləri götürsək, hər şey əladır.

- Vaxtilə legioner həyatı yaşamısınız. Özünüzü yenidən ölkə xaricində sınamaq fikriniz var, yoxsa artıq gecdir?
- Üç mövsüm Ukraynada, bir mövsüm isə Moldovada oynamışam. Ölkədə basketbolun səviyyəsi məni qane edir. Yaşım da az deyil ki, gedib xaricdə şans axtarım. Bacardığım qədər karyeramı davam etdirmək, daha sonra isə ölkə basketboluna xidmət göstərmək mənə daha cəlbedici gəlir.

Komanda
Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Azərbaycanın voleybol yığması bu gün final mərhələsinə vəsiqə qazana bilər

Komanda
Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Azərbaycanlı hakim “Fənərbağça”nın oyununa təyinat alıb

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
Azərbaycan millisinin  basketbolçusu İspaniya klubunda baxışdadır

Azərbaycan millisinin basketbolçusu İspaniya klubunda baxışdadır

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Həndbol üzrə Azərbaycan çempionatında iştirak edəcək komandalar bəlli olub

Komanda
Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Nazirlik rəsmisi: “Reqbi Federasiyasının sənədləşməsində hüquqi problemlər var”

Komanda
Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Voleybol üzrə dünya çempionatında bütün yarımfinalçılar bəlli olub

Komanda
Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Eldar Kərimov: “Valideynlər məşqləri görmədən düşünürlər ki, reqbi təhlükəli idman növüdür”

Komanda
Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib

Azərbaycanın həndbol yığmasının baş məşqçisi Malta üzərində qələbəni şərh edib