Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yer alan idmançı yaponiyalı Fumita Keniçiro ilə qarşılaşıb. Rəqibinə 1:5 hesabı ilə uduzan Məmmədov 5-ci yerlə kifayətlənib.
Beləliklə, yunan-Roma güləşçiləri mundialı 5 medalla başa vurub. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.

https://qalaba.az//uploads/photo/azerbaycanin-yunan-roma-guleshchileri-dunya-chempionatini-5-medalla-basha-vurub.webp











