Azərbaycan idmançılarının ötən ay qazandıqları medalların sayı bəlli olub
Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 70-dək medal qazanıblar.
"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov mart ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində bildirib.
Nazir yunan-Roma güləşi, sərbəst güləş, bədii gimnastika, idman gimnastikası, akrobatika gimnastikası, güllə atıcılığı, taekvondo, cüdo, paracüdo, boks, stolüstü tennis, karate, para-karate və digər idman növlərində uğurların olduğunu vurğulayıb.
Fərid Qayıbov 23 yaşadək sərbəst güləş üzrə Azərbaycan millisinin ardıcıl ikinci dəfə Avropa çempionu olduğunu xatırladıb: "3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanan yığmamızın 140 xalla titulunu qoruması bu idman növündə sabaha nikbin baxmağa əsas verir".

https://qalaba.az//uploads/photo/azerbaycan-idmanchilarinin-oten-ay-qazandiqlari-medallarin-sayi-belli-olub.webp











