“Sabah” avrokuboklara vəsiqə qazanan 21-ci Azərbaycan klubu olub - ARAŞDIRMA

“Sabah” avrokuboklara vəsiqə qazanan 21-ci Azərbaycan klubu olub - ARAŞDIRMA

“Sabah” avrokuboklara vəsiqə qazanan 21-ci Azərbaycan klubu olub.

“Report”un araşdırmasına görə, Bakı klubu Premyer Liqanın XXVIII turunda “Qəbələ” üzərində 3:2 hesablı qələbə qazanaraq, ilk “üçlüy”ü, həmçinin, növbəti mövsüm avrokuboklarda iştirakı təmin edib.

Ümumiyyətlə, Azərbaycan klub səviyyəsində Avropa arenasında 1994/1995 mövsümündə debüt edib. “Turan” həmin vaxt UEFA Kubokunda çıxış edib. Həmin turnir 2009/2010 mövsümündən Avropa Liqası adlanır və Azərbaycan təmsilçiləri müntəzəm çıxış edirlər.

Azərbaycan klubları, eyni zamanda, 1997/1998 mövsümündən bəri Çempionlar Liqasında qüvvələrini sınayırlar.

1998-2008-ci illər aralığında UEFA-nın təşkil etdiyi İntertoto Kubokunda bir neçə klub mübarizə aparıb. Artıq iki mövsümdür Konfrans Liqası da keçirilir.

Hazırkı adı “Şamaxı” olan bölgə təmsilçisi avrokuboklarda mübarizə aparmış “Xəzər Universiteti”, “İnter” və “Keşlə”nin varisidir. Həmçinin, “Bakı” “Dinamo”nun, AZAL isə “Olimpik”in varisi olub.

Azərbaycan klubları avrokuboklarda

“Qarabağ”
Çempionlar Liqası – 8 dəfə (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2022/2023)
Avropa Liqası – 14 dəfə (1997/1998, 2004/2005, 2006/2007, 2009/2010, 2010/2011, 2011/2012, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021, 2022/2023),
İntertoto Kuboku – 1 dəfə (1999)
Konfrans Liqası – 2 dəfə (2021/2022, 2022/2023)

“Neftçi”
Çempionlar Liqası – 7 dəfə (1997/1998, 2004/2005, 2005/2006, 2011/2012, 2012/2013, 2013/2014, 2021/2022)
Avropa Liqası – 13 dəfə (1996/1997, 1999/2000, 2000/2001, 2001/2002, 2007/2008, 2012/2013, 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022)
İntertoto Kuboku – 1 dəfə (2008)
Konfrans Liqası – 2 dəfə (2021/2022, 2022/2023)

“Şamaxı”
Çempionlar Liqası – 2 dəfə (2008/2009, 2010/2011)
Avropa Liqası – 8 dəfə (2009/2010, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2017/2018, 2018/2019, 2020/2021)
İntertoto Kuboku – 1 dəfə (2004)
Konfrans Liqası – 1 dəfə (2021/2022)

“Bakı”
Çempionlar Liqası – 2 dəfə (2006/2007, 2009/2010)
Avropa Liqası – 5 dəfə (1998/1999, 2005/2006, 2009/2010, 2010/2011, 2012/2013)
İntertoto Kuboku – 1 dəfə (2007)

“Kəpəz”
Çempionlar Liqası – 2 dəfə (1998/1999, 1999/2000)
Avropa Liqası – 3 dəfə (1995/1996, 2000/2001, 2016/2017)

“Şəmkir”
Çempionlar Liqası – 2 dəfə (2000/2001, 2001/2002)
Avropa Liqası – 2 dəfə (1999/2000, 2004/2005)

“Xəzər Lənkəran”
Çempionlar Liqası – 1 dəfə (2007/2008)
Avropa Liqası – 6 dəfə (2005/2006, 2008/2009, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014)

“Qəbələ”
Avropa Liqası – 6 dəfə (2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020)
Konfrans Liqası – 1 dəfə (2022/2023)

“Turan”
Avropa Liqası – 1 dəfə (1994/1995)

“Xəzri”
Avropa Liqası – 1 dəfə (1996/1997)

“Şəfa”
Avropa Liqası – 1 dəfə (2001/2002)

“Karvan”
Avropa Liqası – 1 dəfə (2006/2007)
İntertoto Kuboku – 1 dəfə (2005)

“MKT Araz”
Avropa Liqası – 1 dəfə (2007/2008)
İntertoto Kuboku – 1 dəfə (2006)

AZAL
Avropa Liqası – 2 dəfə (2008/2009, 2011/2012)

“Simurq”
Avropa Liqası – 1 dəfə (2009/2010)

“Zirə”
Avropa Liqası – 1 dəfə (2017/2018)
Konfrans Liqası – 1 dəfə (2022/2023)

“Səbail”
Avropa Liqası – 1 dəfə (2019/2020)

“Bakı Fəhləsi”
İntertoto Kuboku – 1 dəfə (1998)

“Viləş”
İntertoto Kuboku – 2 dəfə (2000, 2001)

“Sumqayıt”
Avropa Liqası – 1 dəfə (2020/2021)
Konfrans Liqası – 1 dəfə (2021/2022)

Futbol
Niderland Seneqala qarşı - DÇ-2022

Niderland Seneqala qarşı - DÇ-2022

Futbol
Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Emin Mahmudov: "Qazaxıstan və Slovakiya ilə oyunlara qələbə üçün çıxacağıq"

Futbol
AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

AMF-in fəxri prezidenti: "Minifutbol artıq əhali arasında geniş yayılıb"

Futbol
“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

“Neftçi” rəsmisi: “İclasda klubun əvvəlki əzəmətini necə qaytarmalıyıq mövzusunda müzakirələr oldu”

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Futbol
FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

FIFA Braziliya millisinin oyunundakı irqçiliyə görə araşdırmaya başlayıb

Futbol
FIFA Almaniya millisi barədə qərarını verib

FIFA Almaniya millisi barədə qərarını verib

Futbol
“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

“Qarabağ” Avropanın ilk “10-luğ”una düşüb

Futbol
Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Portuqaliyalı məşqçi Canni De Byaziyə rəqib olub

Futbol
Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

Futbol
Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Macarıstanlı futbolçu: "Qarabağ"la oyundan sonra məni səhv başa düşdülər"

Futbol
"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Şamaxı" futbolçusu ilə müqavilənin müddətini uzadıb