ANAMA-nın sədri: "Amputantlar arasında futbol komandaları yaradılacaq"

ANAMA-nın sədri: "Amputantlar arasında futbol komandaları yaradılacaq"

“Minadan zərər çəkən və müxtəlif bədən üzvləri amputasiya olunmuş şəxslərdən ibarət futbol komandaları yaradılacaq”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanov AFFA ilə imzalanan Anlaşma Memorandumu zamanı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, amputantların sosial reabilitasiyasına dəstək olmaq məqsədilə belə bir addım atmağı planlaşdırırlar: “Anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd maarifləndirmə və mina təhlükəsi ilə mübarizə tədbirlərində futbolun potensialından istifadə etməkdir. Ümid edirəm ki, ANAMA və AFFA arasındakı əməkdaşlıq məhsuldar olacaq”.

Vüqar Süleymanov əlavə edib ki, ölkədaxili yarışlarla yanaşı, beynəlxalq turnirlərdə iştirak da nəzərdə tutulub: “Gələcəklə bağlı planlarımız böyükdür, AFFA ilə birlikdə müəyyən addımlar atacağıq. Ümid edirik ki, bu planların hamısı həyata keçəcək. Gələcəkdə həm beynəlxalq oyunların təşkilini, həm də Azərbaycan amputant yığmasının beynəlxalq turnirlərdə iştirakını gözləyirik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbirdə Anlaşma Memorandumunu Vüqar Süleymanovla AFFA-nın baş katibi Sərxan Hacıyev imzalayıblar.

Futbol
Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Premyer Liqa: "Sabah" səfərdə "Kəpəz"lə heç-heçə edib

Futbol
“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

“Real” braziliyalı hücumçunun transferini razılaşdırıb

Futbol
"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

"Liverpul" altı futbolçusunu komandadan göndərmək istəyir

Futbol
Pelenin səhhəti yenidən pisləşib

Pelenin səhhəti yenidən pisləşib

Futbol
Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Şimali Makedoniya - Azərbaycan oyununda ilk hissə başa çatıb

Futbol
Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Qurban Qurbanov: "Çox intizamlı komandaya qarşı oynayacağıq"

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Ramil Şeydayev: "Rəqib bizdən revanş almaq istəyir"

Futbol
"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

"Qarabağ" italiyalı hücumçu ilə maraqlanır

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb