Avropa Kubokunun qalibi: "Bu medal dünya çempionatına düşmək üçün yaxşı addım oldu"

Avropa Kubokunun qalibi: "Bu medal dünya çempionatına düşmək üçün yaxşı addım oldu"

"Bu medal dünya çempionatına düşmək istiqamətində yaxşı addım oldu".

"Report"un məlumatına görə, bunu Çexiyanın Teplitse şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanan Azərbaycan cüdoçusu Aslan Kotsoyev Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına müsahibəsində deyib.

81 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı turnirin gözlənilən kimi çətin alındığını bildirib: "Amma mən çox sayda görüş keçirməyə öyrəşmişəm. Çünki Azərbaycan çempionatlarında adətən mənim çəkimdə 50-yə yaxın cüdoçu olur".

Kotsoyev bildirib ki, finalda yeniyetmələr arasında öz çəkisində hazırda dünyanın ən yaxşısı olan serbiyalı Duşan Qrahovatsı məğlub etmək onun üçün xoş olub: "Hədəfim bu il dünya çempionatında çıxış etməkdir. Qarşıma yüksək vəzifələr qoymuşam".

O, cüdoya gəlişindən də söz açıb: "Ailəmizdə əvvəlcə böyük qardaşım bu idman növü ilə məşğul olmağa başlayıb. Bu mənada atamın məni cüdoya getməyə məcbur etməsi təbii idi".

Həmyaşıdlarına məsləhət verən cüdoçu zirvəyə çatmaq üçün yalnız əzmkar məşqlər lazım olduğunu söyləyib.

Kotsoyev hazırlıq keçmədiyi vaxtlarda əsasən yatmağı çox sevdiyini əlavə edib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Avropa Kubokunu 11 medalla başa vurublar.

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Güləş üzrə dünya çempionatı Azərbaycana verilməyib

Fərdi
Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Dünya çempionatı: Rüstəm Orucov və Hidayət Heydərov mübarizəyə başlayır

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

BŞH velosiped zolağının inşası ilə bağlı açıqlama verib

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Champions Chess Tour: Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub