Ermənistanın söz verib icra etmədiyi öhdəliklər - SƏNƏD - FOTO

Ermənistanın söz verib icra etmədiyi öhdəliklər - SƏNƏD - FOTO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında erməni təxribatı baş verdi.

“QELEBE.AZ” Oxu.Az-a istinadən xəbər verir ki, idmançılarımız hələ yarışda iştirak etməyə imkan tapmamış, artıq çempionatın açılışında qonşularımız əsl simalarını göstərdilər - turnirin təşkilatçılarından biri Aram Nikolyan Azərbaycan bayrağını yandırdı.

Ağır atletlərimizin çempionatda iştirakının təsdiqini gözlədiyimiz vaxt Ermənistan tərəfi onların tam təhlükəsizliyinə vəd verirdi.

Oxu.Az-a daxil olan, Ermənistan tərəfindən Avropa Ağır Atletika Federasiyasının baş katibi Milan Mixayloviçə göndərilən və Ermənistan Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyan tərəfindən imzalanan sənəddə Azərbaycan idmançılarına tam təhlükəsizlik vəd edilib.

Sənəddə deyilir:

“…Bundan əlavə, biz Azərbaycan Ağır Atletika Federasiyasının tələb etdiyi bütün xüsusi təhlükəsizlik tədbirlərini təmin etməyə hazır olduğumuzu bildiririk.

O cümlədən:

- Azərbaycan nümayəndə heyətini Tbilisi hava limanından İrəvana Ermənistan nümayəndələri müşayiət edəcəklər;

- Azərbaycan nümayəndə heyəti İrəvan hava limanında qarşılanacaq, giriş vizası və hotelə transferlə təmin olunacaq;

- Azərbaycan nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətləri ilə eyni hoteldə qalacaq;

- Hoteldən yarış/məşq yerinə təhlükəsiz transfer təşkil olunacaq;

- Bütün müvafiq hallar üçün lazımi təhlükəsizlik tədbirləri görüləcək”.

Bütün bunlar Ermənistanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. Bizim və bütün dünyanın gördüyü kimi, əslində, Ermənistan nəinki idmançıların təhlükəsizliyini təmin etməyi, heç özünü ləyaqətlə aparmağı da bacarmadı. Yanğın törədəni bütün əvvəlki təxribatçılar və qatillər kimi “qəhrəman” etdilər: Baş verənlərlə bağlı cinayət işi açılmadı - istintaqın ilkin mərhələsində istintaq orqanı “cinayət tərkibinin olmadığını” bildirdi.

Bu azmış kimi Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etmək öhdəliyinə baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar.

Fərdi
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Böyük Dəbilqə: Azərbaycanın iki cüdoçusu bürünc medal görüşündə qarşılaşacaqlar

Fərdi
Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Azərbaycanın daha bir tennisçisi erməniyə qalib gəlib

Fərdi
Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Azərbaycan parabadminton idman növündə ilk medalını qazanıb

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Elnur Məmmədli: "Bu ada layiq görülmək mənim üçün qürur və məsuliyyətdir"

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov ikinci yeri tutub

Fərdi
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda iştirak edəcək

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb