AİJ İB İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

AİJ İB İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJ İB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı bəyanat yayıb.

“QELEBE.AZ”un məlumatına görə, qurum buna hiddətləndiyini bildirib.

Bəyanatda deyilir:

“İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiyadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.

Dünən İrəvanda baş verənlər ağlasığmazdır. İstənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir.

Azərbaycan və Ermənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanmışdır.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış təcavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirmişdir. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdır. İndi göründüyü kimi bunlar boş vədlər imiş.

Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyildir. Çünki Ermənistan cəmiyyətində Azərbaycana və onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxmışdır. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tədbir təşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırmışdır. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılmışdır.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırmışıq. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. İdmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Biz, Azərbaycanın idman jurnalistləri, auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanımızın olmasını istəyirik”.

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi
Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Azərbaycanlı Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Dünya çempionatı: Rafiq Hüseynov uduzub, 3 güləşçi yarımfinala yüksəlib

Fərdi
Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Azərbaycanın yeniyetmə boksçusu Avropa çempionu olub

Fərdi
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçilib

Fərdi
Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Tarixin ən yaxşı şahmatçıları bəlli olub

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"

Federasiya rəsmisi: "Qarabağın digər regionlarında da yarışlar planlaşdırılır"