Azərbaycan ağırlıqqaldıranı: “Ermənilər özlərini bütün dünyaya rüsvay elədilər”

Azərbaycan ağırlıqqaldıranı: “Ermənilər özlərini bütün dünyaya rüsvay elədilər”

“Ermənilər bir daha öz zəifliklərini göstərdilər, özlərini bütün dünyaya rüsvay elədilər”.

“Report” xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü İsa Rüstəmov (67 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

İdmançı bildirib ki, İrəvandakı yarışa həm fiziki, həm də psixoloji cəhətdən çox ciddi hazırlaşmışdılar: “Təəssüf ki, açılış mərasimində bayrağımıza qarşı təxribat oldu. Ermənistanın baş naziri Nikol Paşinyan özü də açılış mərasimində idi. Buna baxmayaraq, təxribat törətdilər”.

O, 2015-ci ildə Azərbaycanda keçirilən Avropa Oyunlarında ermənilərin iştirak etdiklərini də xatırladıb: “Onlar əsl qonaqpərvərliklə qarşılanmışdılar. Bizə dəstək nümayiş etdirdiyi üçün cənab prezidentimizə, birinci vitse-prezidentimizə və xalqımıza təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib.

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Azərbaycan IV Dünya Köçəri Oyunlarında iştirak edir

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Səid Mollayi: "Karyeramı bitirdikdən sonra hakimliyə başlayacağam"

Fərdi
Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Güləş üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkə bəlli olub

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb