Hacı Əliyev və daha üç güləşçi Avropa çempionatında yarımfinala yüksəlib - YENİLƏNİB
Azərbaycanın daha dörd sərbəst güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə 1/4 final mərhələsində Horst Castin Lehrə (Almaniya) qalib gəlib.
97 kq-dakı Maqomedxan Maqomedov Samuel Şerrerdən (İsveçrə), 79 kq-dakı Səbuhi Əmiraslanov Vladimeri Qamkrelidzedən (Gürcüstan) güclü olub.
65 kq-dakı Əli Rəhimzadə isə Vazgen Tevanyana (Ermənistan) uduzub.
Daha əvvəl Hacı Əliyev (70 kq) bu raundadək irəliləyə bilib.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
"QELEBE.AZ"un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Canluka Talamo (İtaliya) və Kevin Kristofer Henkeli (Almaniya) məğlub edib.
Bu gün, həmçinin, Əliabbas Rzazadə (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Maqomedxan Maqomedov (97 kq) və Əli Rəhimzadə (65 kq) 1/4 final görüşünə çıxacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.

https://qalaba.az//uploads/photo/haci-eliyev-ve-daha-uch-guleshchi-avropa-chempionatinda-yarimfinala-yukselib-yenilenib.webp











