Azərbaycan millisinin futbolçusu: “Tərif kimi, tənqidləri də qəbul etməliyik”

Azərbaycan millisinin futbolçusu: “Tərif kimi, tənqidləri də qəbul etməliyik”

“Futbolçu olaraq tərif kimi, tənqidləri də qəbul etməliyik”.

Bunu “QELEBE.AZ”a müsahibəsində Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadə AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) oyunlardan sonra futbol ictimaiyyəti və azarkeşlər tərəfindən təndiq olunmalarına münasibət bildirərkən deyib.

31 yaşlı müdafiəçi uğursuz çıxışa görə tənqid olunmalarını normal qarşılayıb: “Futbolda elədir ki, bu gün yaxşısansa, hamı səni tərifləyəcək, sabah səhv edən kimi, təndiq obyekti olacaqsan. Futboldan başı çıxan insanlar bir az analiz eləsələr, vəziyyətin nə yerdə olduğunu görərlər. Normal tənqidə normal yanaşmaq lazımdır”.

Həsənalızadə Avstriyaya məğlubiyyətə görə özünün və “Sabah”dakı komanda yoldaşı Yusif İmanovun günahlandırılmasına da toxunub: “Həm mənim, həm də Yusifin millidə rəsmi debüt matçları idi. İstənilən futbolçu səhv edə bilər. Böyük millilərin oyunçuları da kobud səhvə yol verirlər. Təbii ki, səhvlərimizin olmasını istəməzdim. Ancaq futbolda belə şeylər qaçılmazdır. İnanıram ki, bunun gələcək oyunlara təsiri olmaz. İsveç və Avstriya ilə qarşılaşmaları unudub, qarşıdakı görüşləri düşünəcəyik”.

Mərkəz müdafiəçisi seçmə mərhələnin qarşıdakı oyunlarında uğurlu çıxış edəcəklərinə inanır: “Millinin formasını geyinirsənsə, məsuliyyəti hiss etməlisən. İki matçda uduzmuşuqsa, o demək deyil ki, qarşıdakı görüşlərin hamısında məğlub olacağıq. Səhvlərimizi düzəltməli, növbəti görüşlərə yaxşı köklənməli və məyus etdiyimiz azarkeşləri sevindirməliyik”.

Bəxtiyar Həsənalızadənin müsahibəsinin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Futbol
Futbol əfsanəsi Pele vəfat edib

Futbol əfsanəsi Pele vəfat edib

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

"Qarabağ"ın rəqibi yenə qələbəyə həsrət qalıb

Futbol
"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

"Barselona"nın müdafiəçisi dünya çempionatını buraxa bilər

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Avropa Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Ayxan Abbasov: "Təbii meydança salsaq, büdcəmiz qalmayacaq"

Futbol
Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qalıb

Futbol
İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

İki futbolçu Azərbaycan Premyer Liqasında 100-cü matçını keçirib

Futbol
Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Avropa Liqası: "Nant" - "Qarabağ" oyununda hesab açılıb

Futbol
"Neftçi" legioneri ilə müqaviləni pozub

"Neftçi" legioneri ilə müqaviləni pozub