Avropa çempionatı: Nurmaqomedov gümüş, Abakarov bürünc medal qazanıb - YENİLƏNİB-2

Avropa çempionatı: Nurmaqomedov gümüş, Abakarov bürünc medal qazanıb - YENİLƏNİB-2

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 92 kq-da çıxış edən idmançı finalda türkiyəli Feyzullah Aktürklə üz-üzə gəlib. Görüşün ilk hissəsini öz xeyrinə başa vuran Nurmaqomedov ikinci yarıda üstünlüyünü qoraya bilməyib.

Yekunda 2:5 hesabı ilə uduzan Azərbaycan təmsilçisi fəxri kürsünün ikinci pilləsinə qalxıb.

21:20

Azərbaycanın sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bürünc medal görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 86 kq çəki dərəcəsində yer alan idmançı 3-cü yer uğrunda qarşılaşmada slovakiyalı Boris Makoyevi sınağa çəkib.

Rəqibinə 7:4 hesabı ilə qalib gələn Abakarov Avropa üçüncüsü olub.

14:41

Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada İvars Samusonoksla (Latviya) üz-üzə gəlib.

Rəqibini məğlub edən Abakarov üçüncü yer uğrunda dueldə Boris Makoyevə (Slovakiya) rəqib olub.

74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Soner Demirtaşa (Türkiyə) yenilib.

Bu gün, həmçinin, digər sərbəst güləşçilərdən 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə), 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonla (İtaliya) görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Fərdi
Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək güləşçilər açıqlanıb

Fərdi
İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

Fərdi
Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Tanınmış xizəkçi dağdan yıxılaraq ölüb

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Azərbaycan cüdoçularının Bakıdakı Böyük Dəbilqədə ilk rəqibləri bəlli olub

Fərdi
Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

ABŞ komandası Şumaxerin oğlu ilə əməkdaşlığı dayandırır

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Azərbaycan avarçəkəni dünya ikincisi olub

Azərbaycan avarçəkəni dünya ikincisi olub

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub