Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

"Neftçi"nin əfsanəvi futbolçusu Anatoli Benişevskinin həyat yoldaşı İnna Banişevskaya onunla bağlı xatirələrini bölüşüb.

"QELEBE.AZ"un məlumatına görə, veteran hücumçu ilə 1960-cı illərin sonlarında bacısı vasitəsilə tanış olduğunu xatırladan İ.Banişevskaya əvvəlcə ondan xoşu gəlmədiyini etiraf edib.

Xanımı A.Banişevski ilə 1966-cı ilin dekabrında ailə həyatı qurduğunu bildirib: "Mədəniyyət Sarayında keçirilən toyda iki yüzə yaxın adam var idi. İnsanlar məclisdə iştirak etmək üçün saxta dəvətnamələr hazırlamışdılar. O, artıq məşhur idi. Toya təkcə futbolçular və qohumlar deyil, SSRİ-nin tanınmış mədəniyyət xadimləri, həmçinin, Polad Bülbüloğlu da qatılmışdı. O, bir çox “Neftçi” futbolçusu ilə dost olduğundan və komandaya azarkeşlik etdiyindən dəvəti məmnuniyyətlə qəbul etmişdi".

İ.Banişevskayanın sözlərinə görə, toyun əsas məqamı Böyük Britaniya kraliçası II Elizabetin A.Banişevskini təbrik etməsi olub: "Federasiya rəsmilərindən biri teleqramı açıb oxudu. Harold Vilson (Böyük Britaniyanın o vaxtkı baş naziri) kraliça adından Anatolini təbrik etmişdi. Kraliça onunla dünya çempionatında tanış olmuşdu".

Qeyd edək ki, 1946-cı ilin fevralın 23-də Bakıda anadan olmuş Anatoli Banişevski "Neftçi"nin heyətində (1964 - 1973, 1975 - 1978) SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub. 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında ən çox oyun keçirmiş (49 oyun) və fərqlənmiş (19 qol) “Neftçi”ni mərhum forvardı “Marakana” stadionunda Braziliyanın qapısına qol vurmuş ilk sovet futbolçusudur.

SSRİ-nin əməkdar idman ustası və Qriqori Fedotov klubunun üzvü olan Banişevski daha sonra “Neftçi”də (1981-1982) məşqçi, Mingəçevirin “Avtomobilçi” klubunda (1984 - 1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi kimi çalışıb. Afrika ölkəsində işlədiyi zamanı ağır xəstəliyə tutulan Banişevski 1997-ci il dekabrın 9-da 51 yaşında vəfat edib. O, ölümündən bir il əvvəl “Şöhrət" ordeni ilə təltif olunub.

Futbol
Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Qurban Qurbanov: “Gent" ciddi rəqibdir”

Futbol
Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Avropa Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

"Traktor"un sabiq futbolçusu edam cəzasına məhkum olunub

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Benzema Messini geridə qoyaraq "Qızıl top"u qazanan ən yaşlı ikinci futbolçu olub

Futbol
2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

2022-ci ilin ən yaxşı qapıçısı adına 25 namizəd seçilib

Futbol
Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqası: Həftənin rəmzi komandası bəlli olub

Futbol
"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

"Barselona" prezidentinin oğlu Madriddə saxlanılıb

Futbol
İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: "Neftçi" autsayderlə oyunda xal itirib