Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək - YENİLƏNİB-2

Avropa çempionatı: Jalə Əliyeva finalda, Türkan Nəsirova və Elis Manolova "bürünc" üçün güləşəcək - YENİLƏNİB-2

Azərbaycanın daha bir qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazana bilər.

"QELEBE.AZ"un məlumatına görə, 65 kq-da mübarizə aparan Elis Manolova 3-cü yer uğrunda təsəlliverici görüşə qatılmaq hüququ əldə edib. Buna onun 1/4 finalda uduzduğu rumıniyalı İrina Rinqacinin finala çıxması səbəb olub.

72 kq-dakı Nigar Mirzəzadənin isə yarışı medalsız başa vuracağı dəqiqləşib. Çünki 1/4 finalda Azərbaycan təmsilçisinə qalib gələn ukraynalı Lyudmila Tiçina finala adlaya bilməyib.

Beləliklə, aprelin 21-də, həmçinin, Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

19:19

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı yarımfinalda polşalı Yovita Vrjeşenə 5:0 hesabı ilə qalib gəlib.

53 kq-da yer alan Türkan Nəsirova isə finala gedən yolda isveçli Emma Malmqrenlə bacarmayıb. Rəqibinə "tuş"la məğlub olan idmançı bürünc medal uğrunda güləşəcək.

Qeyd edək ki, bu gün Mariya Stadnik (50 kq) qızıl, Elnurə Məmmədova (55 kq) və Alyona Kolesnik (59 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

15:12

Azərbaycanın iki qadın güləşçisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

“QELEBE.AZ”un məlumatına görə, Türkan Nəsirova (53 kq) və Jalə Əliyeva (57 kq) qitə birinciliyində qızıl medal şansını davam etdiriblər.

Nəsirova ilk iki mərhələdə müvafiq olaraq Mariya Spirkovska (Şimali Makedoniya) və Marina Floresi (İspaniya) məğlub edib. Gənclər arasında Avropa çempionu olan 26 yaşlı güləşçi final yolunda isveçli Emma Malmqrenlə qarşılaşacaq.

Yarışa 1/4 finaldan başlayan Jalə Əliyeva bu raundda almaniyalı Yelena Brüggerdən güclü olub. O, yarımfinalda Yovita Vrzeşienlə (Polşa) gücünü sınayacaq.

Nigar Mirzəzadə (72 kq) təsnifatda Lyudmila Tiçinaya (Ukrayna), Elis Manolova (65 kq) isə 1/4 finalda İrina Rinqaciyə (Rumıniya) uduzub. Rəqibləri finala qədər irəliləyə bilsə, Mirzəzadə və Manolova bürünc medal üçün təsəlliverici görüşə qatılacaqlar.

Birgül Soltanova (62 kq) isə təsnifatda Viktoriya Vessoylaya (Estoniya) məğlub olub. Estoniyalı idmançı növbəti raundda uduzduğundan, Soltanovanın medal şansı qalmayıb.

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan ilk dəfə U-22-lərin Avropa çempionatına ev sahibliyi edəcək

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

BMX üzrə Rusiya çempionu bıçaqlanaraq öldürülüb

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Rusiyalı MMA döyüşçüsü Nəriman Abbasovu duelə çağırıb

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Stolüstü tennisçilər arasında ölkə kubokuna start verilib

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb

Fərdi
İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"