Rəşad Sadıqov: "Qarabağ"a 3-cü qolu vura bilmədiyimiz üçün üzülürük"

Rəşad Sadıqov: "Qarabağ"a 3-cü qolu vura bilmədiyimiz üçün üzülürük"

"İlk növbədə Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm. Maraqlı və həyəcanlı görüşün şahidi olduq. Bir tərəfdən, heç-heçəyə görə sevinirik, digər tərəfdən isə 3-cü qolu vura bilmədiyimiz üçün üzülürük".

"Report"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Azersun Arena"da "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXXI tur oyunundan sonra mətbuat konransında deyib.

41 yaşlı mütəxəssis matçın sonlarında iki real qol vəziyyətini dəyərləndirə bilmədiklərini söyləyib: "Futbolçularıma meydanda etdiklərinə görə minnətdaram. Bu cür geridönüş etmək üçün böyük ürək lazımdır. Bu amil bizi sevindirir".

O bildirib ki, bəzi epizodlarda soyuqqanlı olmaq lazım idi: "Amma belə matçlarda bunu etmək asan deyil. Bəlkə bir az daha şanslı olsaydıq, qol vurardıq. Hesab edirəm ki, nəticə kifayət qədər ədalətlidir. Rəqib üçüncü qolu vursaydı, böyük hesabla məğlub ola bilərdik".

Sadıqov "Qarabağ"la oyunlarda futbolçularına ötən il bu rəqibə 1:7 hesabı ilə uduzduqları matçı xatırlatdığını vurğulayıb: "Təslim olanda bunu futbolçularımın yadına salıram. Hazırkı nəticədən isə razıyam".

Futbol
Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Azərbaycan Kuboku: “Qarabağ”la “Qəbələ” məhsuldar heç-heçə edib

Futbol
Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Emin Mahmudov: "Daha yaxşı oynayıb, çox xal yığa bilərdik"

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqası: Daha 2 turun oyun cədvəli bəlli olub

Futbol
UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

UEFA Azərbaycanın 4 klubuna ödəniş edib

Futbol
Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Almaniyalı futbolçu: "Azərbaycana gedəcəyim üçün çox sevinirəm"

Futbol
Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Messinin qolu Çempionlar Liqasında həftənin ən yaxşısı seçilib

Futbol
Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Qurban Qurbanov: “Sevindiklərini görmədim”

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək

Gəncədə tarixi derbi, "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək