Mahir Emrelinin oynadığı matçda "Konyaspor" qələbə qazanıb

Mahir Emrelinin oynadığı matçda "Konyaspor" qələbə qazanıb

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, 26 yaşlı hücumçu komandasının səfərdə "Kasımpaşa"ya 2:1 hesabı ilə qalib gəldiyi Superliqanın XXXI tur matçının iştirakçısı olub.

Görüşə ehtiyatda başlayan forvard 39-cu dəqiqədə Robert Muriçin əvəzinə meydana çıxıb. Emreli oyun ərzində qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

"Konyaspor"un qollarını 30-cu dəqiqədə Fransisko Kalvo və 45+6-cı dəqiqədə Mame Diuf vurublar. Meydan sahiblərindən isə 13-cü dəqiqədə Mamadu Foll fərqlənib.

Bu qələbə ilə xallarını 42-yə çatdıran "Konyaspor" 8-ci pilləyə yüksəlib. 33 xalı olan "Kasımpaşa" isə 12-ci sırada qalıb.

Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, cari mövsümün sonunadək "Konyaspor"a icarəyə verilib.

Futbol
Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Azərbaycan Premyer Liqası: VI tur Qərb derbisi ilə başlayır

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
Argentina üçqat dünya çempionu olub

Argentina üçqat dünya çempionu olub

Futbol
Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Messi PSJ komandasının düşərgəsinə qayıdıb

Futbol
Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Macarıstanlı oyunçu plastik tapançaya görə ömürlük futboldan uzaqlaşdırılıb

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Tərlan Əhmədov daha bir futbolçunu "Kəpəz"dən göndərir

Futbol
İran millisinin qapıçısı üçün mundial başa çatıb

İran millisinin qapıçısı üçün mundial başa çatıb

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

"Mançester Yunayted"in 12 futbolçusu zəhərlənib

Futbol
Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Almaniya klubu məşqçilər heyətini istefaya göndərib

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb