“Bavariya”nın aparıcı futbolçusu üçün mövsüm başa çatıb
Almaniyanın “Bavariya” klubunun aparıcı futbolçusu Alfonso Devis üçün mövsüm başa çatıb.
“QELEBE.AZ” xəbər verir ki, buna səbəb 22 yaşlı müdafiəçinin Bundesliqanın XXIX turunda “Maynts”la oyunda zədələnməsidir.
Komandasının 1:3 hesabı ilə məğlub olduğu qarşılaşmanın 9-cu dəqiqəsində əvəzlənən Kanada millisinin üzvünün əzələsində əzilmə aşkarlanıb. Klubun həkimi Devisin bərpasının təxminən 6 həftə çəkəcəyini açıqlayıb. Bu isə onun mövsümü erkən başa vurması anlamına gəlir.
Qeyd edək ki, Alfonso Devis bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 37 oyunda iştirak edib, 3 qol, 7 assistlə yadda qalıb.

https://qalaba.az//uploads/photo/bavariyanin-aparici-futbolchusu-uchun-movsum-basha-chatib.webp











