Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb
Futbol üzrə Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb.
“Report”un Almaniya Futbol Assosiasiyasının (DFB) rəsmi saytına istinadən məlumatına görə, Bundestim yubiley matçını Ukrayna yığmasına qarşı keçirəcək.
Bunu DFB-nin prezidenti Bernd Noyendorf və qurumun idman direktoru Rudi Feller də təsdiqləyiblər. Onlar qarşılaşmanın xeyriyyə xarakterli olacağını bildiriblər.
Qeyd edək ki, Almaniya – Ukrayna oyunu iyunun 12-də Bremendə keçiriləcək.

https://qalaba.az//uploads/photo/almaniya-millisinin-1000-ci-oyunundaki-reqibi-achiqlanib.webp











