Azərbaycan millisinin sabiq üzvləri danışılmış oyunlara görə futboldan ömürlük kənarlaşdırılıblar

Azərbaycan millisinin sabiq üzvləri danışılmış oyunlara görə futboldan ömürlük kənarlaşdırılıblar

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, buna sözügedən futbolçuların danışılmış oyunların təşkilində iştirakı səbəb olub.

İddiaya görə, hazırda "Yesentuki" komandasında çıxış edən qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş "Salyut” (Belqorod) - "SKA-Xabarovsk-2" görüşünün nəticəsini manipulyasiya ediblər.

Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Qeyd edək ki, Ziyadxan Məmmədov 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav Maqomedov isə U-21 millisində çıxış edib. 28 yaşlı qolkiper müxtəlif vaxtlarda "Neftçi", "Zirə" və "Zaqatala"nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə "Şahdağ", "Zirə", AZAL, "Bakı", "Səbail", "Sabah" və "Sumqayıt"ın şərəfini qoruyub.

Futbol
Riberi karyerasını bitirib

Riberi karyerasını bitirib

Futbol
"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

"Sabah" klubu belaruslu qapıçı ilə yollarını ayırıb

Futbol
“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

“Neftçi” ilə yollarını ayıran futbolçu “Zirə”yə keçməyə yaxındır

Futbol
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq

Futbol
Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Kriştianu Ronaldu "Barselona"ya keçə bilər

Futbol
Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Slovakiya millisinin yeni baş məşqçisi bəlli olub

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Çempionlar Liqası: IV turun nəticələri

Çempionlar Liqası: IV turun nəticələri

Futbol
Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Azərbaycan millisi Türkiyəyə böyük hesabla uduzub

Futbol
"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb

"Sumqayıt" komandasının yeni baş məşqçisi açıqlanıb