Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır”

Avropa çempionu: “Azərbaycanlı ağırlıqqaldıranların gələcəyi çox parlaqdır”

“Azərbaycanda ümidverici idmançılar çoxdur, hər birinin çox uğurlu olduğunu hesab edirəm. Yaşları kiçik olan atletlər var idi ki, onların gələcəyi həqiqətən çox parlaqdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında İrəvanda keçirilən Avropa çempionatında qızıl medal qazanan və bu zəfərini Azərbaycana həsr edən türkiyəli ağırlıqqaldıran Cansu Bektaş deyib.

Prezident İlham Əliyev tərəfindən komanda yoldaşları ilə birlikdə Azərbaycana dəvət olunan və burada olduqları müddətdə ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyən atlet ölkə birinciliyinin səviyyəsi haqqında danışıb.

Ağırlıqqaldırma üzrə Avropa çempionu bildirib ki, yarışlar çox maraqlı olub və güclü rəqabət görüb: “Bununla yanaşı, çempionata dəvət edilmək və orada izləyici qismində iştirakımız da bizi çox sevindirdi. Bu idmanla məşğul olan gənclərə tövsiyəm isə ondan ibarətdir ki, heç vaxt ruhdan düşməsinlər və öz üzərlərində işləməyə davam etsinlər. Bir dəfə olmadı deyə idmanı atmağı düşünsəniz, əsla irəliyə gedə bilməzsiniz”.

Cansu Bektaş
Cansu Bektaş

İrəvandakı yarışın digər mükafatçısı Nuray Güngör də Azərbaycana səfəri haqqında təəssüratlarını bölüşüb: “İki-üç gündür ki, Bakını gəzirik. Dünən və bu gün “Formula 1” yarışlarını izləmək imkanımız oldu. İlk dəfədir ki, bu cür beynəlxalq tədbirdə iştirak etmək imkanı qazandıq. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşümüz oldu, çox səmimi qarşılandıq. Bizə bir ata və ana kimi qayğı göstərdilər. Özümüzü evimizdəki kimi hiss edirdik. Azərbaycanın Türkiyədən heç bir fərqi yoxdur, bizə çox doğma gəldi. Dəvət məktubu gələndə çox sevindik və bu gün burada olmaqdan şadıq”.

 Nuray Güngör
Nuray Güngör

Avropa Çempionatının gümüş medalçısı Qamze Altun da öz növbəsində ölkəmizdə gələcəyi parlaq çox idmançı olduğunu qeyd edib: “Bildiyim qədərilə İrəvanda keçirilən çempionatda azərbaycanlı bir qardaşımızın da medal şansı olub. Lakin xoşagəlməz hal yaşandı və bu cür nəticələndi. Bu, son deyil, hər bir idmançının şansı var. Əsas olan öz üzərində məsuliyyətlə işləmək və yarışlara ciddi şəkildə hazırlaşmaqdır. Bakıya ilk dəfə gəldik və ümid edirəm ki, yenidən gəlmək imkanımız olar. Qonaqpərvərliyə görə hər kəsə təşəkkür edirəm”.

 Qamze Altun
Qamze Altun

Ağırlıqqaldırma üzrə qitə çempionatının qızıl medalçısı Yusuf Fehmi Genç isə vurğulayıb ki, Ermənistanda təşkil edilən Avropa Çempionatında Azərbaycan bayrağının yandırılması onları çox məyus edib: “İlk olaraq Cansu yarışdı və qızıl medal qazandı. Qazandığı qızıl medalı qardaşlarımıza ərmağan etdi. Azərbaycana ilk dəfədir ki, gəlmişəm. Özümü burada heç yad hiss etmədim. Bakını İzmirə oxşatdım və dostlarıma bura barədə danışıram. Hər kəsə göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm”.

Yusuf Fehmi Genç
Yusuf Fehmi Genç
Fərdi
Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Avropa Kanoe Assosiasiyasının prezidenti ilə görüşüb

Fərdi
Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Azərbaycan Qran-prisinin tarixinin dəyişdirilmə səbəbi açıqlanıb

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Fərdi
Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Belarusun qalmaqallı idmançısı Polşa vətəndaşlığını alıb

Fərdi
Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın 12 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Yaponiya Qran-prisində qalib gələn Ferstappen 2-ci dəfə dünya çempionu olub

Fərdi
İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırıb

Fərdi
Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa çempionatındakı ilk rəqibləri bəlli olub

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Azərbaycan cüdoçularının Olimpiya Dünya Reytinqindəki mövqeləri bəlli olub

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb