“Sabah” “Beşiktaş”a qarşı keçiriləcək oyunla bağlı açıqlama yayıb - YENİLƏNİB

“Sabah” “Beşiktaş”a qarşı keçiriləcək oyunla bağlı açıqlama yayıb - YENİLƏNİB

“Sabah” Türkiyənin “Beşiktaş” klubu ilə keçiriləcək yoxlama oyunu ilə bağlı açıqlama yayıb.

“Report” xəbər verir ki, Bakı təmsilçisi sosial şəbəkə vasitəsilə istanbulluları qəbul edəcəyi üçün sevincli olduğunu paylaşıb.

“Türkiyənin 120 illik çinarı, böyük “Beşiktaş”! Zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunacaq dostluq matçında sizi Bakıda qonaq etməkdən qürur duyarıq”, - deyə paylaşımda yazılıb.

Qeyd edək ki, “Beşiktaş” “Sabah”la xeyriyyə oyunu üçün mayın 13-də Azərbaycana gələcək. Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

13:21

Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.

"Report"un əldə etdiyi məlumata görə, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.

Məsələyə aydınlıq gətirmək üçün klub prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömertlə əlaqə saxladıq. "Beşiktaş" rəsmisi "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyriyyə matçı üçün Bakıya gəlməyi planlaşdırır.

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

"Napoli" PSJ və "Bavariya"nın rekordunu təkrarlayıb

Futbol
“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

“Qalatasaray” səfərdə “Başakşehir”ə 7-0 qalib gəlib

Futbol
Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Konfrans Liqası: "Başakşehir", "Fiorentina" və "Vilyarreal pley-offa çıxıb

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Benzema “Sevilya” ilə oyunu buraxacaq - VİDEO

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

“Qalatasaray”ın vitse-prezidenti Belçikada klub alıb

Futbol
"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub