FIDE-nin prezidenti: “Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”

FIDE-nin prezidenti: “Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”

“Səkkiz ildən sonra, 29 iyul - 25 avqust tarixlərində Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”.

“QELEBE.AZ”un məlumatına görə, bunu FIDE-nin prezidenti Arkadi Dvorkoviç “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda təşkil ediləcək şahmat üzrə Dünya Kubokunun önəmindən bəhs edib: “Bizim ikiillik təqvimimizdə dünya çempionluğu uğrunda matçdan sonra Dünya Kuboku ən önəmli turnirdir. Bu yarış əhəmiyyətinə görə digərlərindən üstündür. Çox sayda festival şəklində turnirlər və kütləvi tədbirlər keçiririk. Ancaq Dünya Kuboku çox ciddi yarışdır. Burada ilk 3 yeri tutan şahmatçılar İddiaçılar Turnirində iştirak etmək şansı qazanırlar”.

Arkadi Dvorkoviç 2015-ci ildən sonra Dünya Kubokunun ikinci dəfə Azərbaycanda keçirilməsi üçün verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və yerli şahmat federasiyasına təşəkkür edib.

O, iyul-avqust aylarında bütün şahmatsevərlərin diqqətinin Bakıya yönələcəyini vurğulayıb: “Bir çox şahmatçılar Dünya Kubokuna qatılmağı hədəfləyirlər. Onlar bura düşmək üçün həm daxili, həm də beynəlxalq yarışlarda tam gücləri ilə mübarizə aparırlar. 300-dən çox şahmatçı turnirə qatılır ki, onların 100-ü qadınlardır. Əminəm ki, burada baş verənləri bütün dünyada milyonlarla insan izləyəcək. Ölkəyə çoxlu sayda qonaqlar gələcək və bu, əsl bayram olacaq”.

FIDE rəhbəri Dünya Kubokunun keçiriləcəyi tarixdə bir sıra uşaq yarışlarının təşkilinin də nəzərdə tutulduğunu əlavə edib: “Bütün bunlar insanların Bakıdakı mötəbər yarışdan həzz almaları üçün böyük imkan yaradacaq”.

Fərdi
Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Tatarıstanın idman naziri ASAPES-in qonağı olub

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Uşaqlar üçün ustad dərsi keçirilib

Uşaqlar üçün ustad dərsi keçirilib

Fərdi
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının illik hesabatı keçirilib

Fərdi
Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Azərbaycanın iki paracüdoçusu Avropa çempionatının medalını qazanıb

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərid Qayıbov: "Şuşadakı şahmat turnirinin davamlı olmasını istəyirik"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb