"Neftçi" ötən ili zərərlə başa vurub

"Neftçi" ötən ili zərərlə başa vurub

“Neftçi Peşəkar Futbol Klubu” MMC 2022-ci ili 416 min manat zərərlə başa vurub. Halbuki, Klub 2021-ci ildən 1,923 milyon manat xalis mənfəətlə çıxmışdı.

"QELEBE.AZ" klubun maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il “Neftçi”nin əməliyyat gəlirləri əvvəlki ilə nisbətən 2,85 % çox - 14,127 milyon manat təşkil edib. O cümlədən, klub sponsorlarını reklam etməklə 11,7 milyon manat (28,25 % çox), bilet satmaqla 79 min manat (71,7 % çox), UEFA-nın pul mükafatı və həmrəylik ödənişləri hesabına 1,637 milyon manat (45,65 % az), sair əməliyyatlar hesabına 711 min manat (54,3 % az) gəlir əldə edib.

Hesabat dövründə “Neftçi”nin əməliyyat xərcləri isə illik müqayisədə 28,6 % çox – 14,465 milyon manat təşkil edib. O cümlədən Klub əmək haqqı və mükafat ödəmək üçün 9,68 milyon manat (35,65 % çox), əsas vəsaitlərin amortizasiyası üçün 422 min manat (17,9 % çox), qeyri-maddi aktivlərin köhnəlməsi üçün 60 min manat (41,2 % az), sair əmıliyyatlar üçün isə 4,303 milyon manat (17,9 % çox) xərcləyib.

Bundan başqa, il ərzində “Neftçi”nin 116 min manat digər gəlirləri (8,3 dəfə çox), 194 min manat digər xərcləri (43,7 % çox) olub.

Bu il yanvarın 1-nə “Neftçi”nin aktivləri 12,762 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,2 % azdır. Hesabat dövründə Klubun öhdəlikləri 52,8 % azalaraq 1,55 milyon manata düşüb, balans kapitalı (xalis aktivləri) isə 10,1% artaraq 11,212 milyon manata çatıb.

Qeyd edək, “Neftçi” kommersiya qurumu kimi 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 600 manatdır.

Futbol
İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

İspaniya və Portuqaliya dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Futbol
Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Braziliyalı sabiq futbolçu: “Qurban Qurbanov nə edirsə, “Qarabağ” zəifləmək əvəzinə güclənir”

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı zədələnib

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

"Sumqayıt"ın baş məşqçisi: "Tez qol vurmaq bizə yaxşı təsir etmədi"

Futbol
Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Dünya çempionatlarının final mərhələlərindən ən çox qol vurmuş futbolçular

Futbol
Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Azərbaycan Premyer Liqasında XV turun oyun cədvəli bəlli olub

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək