“Prezident Kuboku-2023” beynəlxalq reqatasının qalibləri mükafatlandırılıb

“Prezident Kuboku-2023” beynəlxalq reqatasının qalibləri mükafatlandırılıb

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Prezident Kuboku-2023” beynəlxalq reqatasının bağlanış mərasimi keçirilib.

“Report”un məlumatına görə, Bakı bulvarında, Su İdman Sarayının yaxınlığında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKAF-in prezidenti Vüqar Əhmədov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti, “Zirə” Futbol Klubunun Müşahidə Şurasının sədri Orxan Məmmədov, Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Koneçko, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana, idmançılar və qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən rəsmi şəxslər yarışın yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Tomas Koneçko və Jan Zunqrana isə təşkilatçılığa görə Azərbaycana təşəkkür ediblər.

Daha sonra mükafatlandırılma mərasimi baş tutub. Qaliblərə medal və mükafatları Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Vüqar Əhmədov, Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev, Tomas Koneçko, Jan Zunqrana, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, Türkiyə Kanoe Federasiyasının prezidenti Alper Kabakçı, qardaş ölkənin Avarçəkmə Federasiyasının prezidenti Erhan Ertürk və digər rəsmi şəxslər təqdim ediblər.

Ardınca tədbirin bədii hissəsinə start verilib. 3D effektli lazer şou, tanınmış rəqs qruplarının çıxışı, avarçəkənlərin nümunəvi keçidləri və möhtəşəm atəşfəşanlıqla yanaşı, Miri Yusifin solo ifası da olub.

Qeyd edək ki, beynəlxalq reqatanın ilk mərhələsi Suqovuşanda, növbəti mərhələləri isə Mingəçevirdə keçirilib.

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Fərdi
Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Asiman Qurbanlı: "İslamiadaya görə digər yarışlara ciddi yanaşmırdım"

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Rusiyanın daha bir tanınmış idmançısı ölkəni tərk edib

Fərdi
Azərbaycan cüdoçusu Avropa çempionu olub

Azərbaycan cüdoçusu Avropa çempionu olub

Fərdi
Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Kanoe və Avarçəkmə Federasiyası 2023-cü ilin ilk yarışını Bakıda keçirib

Fərdi
Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi təxirə salınıb

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

İlqar Rəhimov paracüdoçuların qarşısına qoyulan hədəfləri açıqlayıb

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"