Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

Dmitrios Çantakias: "Olimpiakos" "Qarabağ"la oyunda problemlə üzləşə bilər"

"Olimpiakos" son illərdəki kimi qarşılaşmaya köklənə bilməsə, böyük problem yaşayacaq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Zirə"nin yunanıstanlı futbolçusu Dmitrios Çantakias Pirey təmsilçisinin "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin matçları ilə bağlı danışarkən deyib.

27 yaşlı müdafiəçi "köhlən atlar"ın 6-7 üzvünün uzun illər birlikdə çıxış etdiyini xatırladıb: "Onların "silahları", əsas gücləri 5 oyunçudur. Bunlardan biri Marko Yankoviç vaxtilə "Olimpiakos"da çıxış edib".

Çantakias ölkə çempionunda fərqləndirdiyi digər futbolçular haqqında da danışıb: "Sağ cinah müdafiəçisi Marko Veşoviç təhlükə yarada bilir. Abdullah Zubir ilə Kvabena Ovusu irəli xətdə təhlükəlidir və qollar vururlar. Filip Ozobiçi də bu siyahıya əlavə edirəm. Bu oyunçular xüsusi fərq yaradır. "Olimpiakos" bunu düzgün qiymətləndirməsə, problem yaşayacaq".

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.

Futbol
"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

"Real Madrid" Portuqaliya millisinin futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Eden Azar: “Yaxşı oynasam, dünya çempionu olarıq”

Futbol
"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

"Sabah"ın hücumçusu Gürcüstan millisinə dəvət alıb

Futbol
Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Azərbaycanlı futbolçu dünya reytinqində ilk “10-luq”dan kənarda qalıb

Futbol
"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

"Kəpəz" komandasının qış hazırlıq planı bəlli olub

Futbol
Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Peşəkar Futbol Liqasının yeni loqosu bəlli olub

Futbol
"Lion" klubunun yeni sahibi bəlli olub

"Lion" klubunun yeni sahibi bəlli olub

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi ilk qələbəsini qazanıb

Futbol
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır