Azərbaycan millisinin məşqçisi: "Avropa çempionatının şüarı hər kəsi qələbəyə səsləyir"

Azərbaycan millisinin məşqçisi: "Avropa çempionatının şüarı hər kəsi qələbəyə səsləyir"

"Yarışın şüarı - "Ulduz kimi parla" ("Shine like a star") hər kəsi qələbəyə səsləyir".

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycanın bədii gimnastika üzrə milli komandasının məşqçisi, Beynəlxalq Gimnastika Federasiyası (FIG) Atletlər Komissiyasının üzvü Siyana Vasileva mayın 17-də Bakıda start götürəcək 39-cu Avropa çempionatı ilə bağlı danışarkən deyib.

Mütəxəssis bildirib ki, doğma divarlar arasında çıxış etmək daha da məsuliyyətlidir: "Ümid edirəm ki, komandamızın üzvləri uğurla çıxış edəcəklər".

Yarış çərçivəsində gənc gimnastlar üçün dəyirmi masa keçirən Vasileva idmançılarla görüşün maraqlı təqdimatla yadda qaldığını söyləyib. Karyerası barədə maraqlı məqamları bölüşən məşqçi uğura aparan yolun çətinliklərindən söz açıb: "Adətən, Atletlər Komissiyasının üzvü kimi belə görüşlərimiz dünya çempionatı zamanı keçirilirdi. İlk dəfə idi ki, Avropa çempionatı çərçivəsində gənc idmançılarla görüşdüm. Gimnastlara yarışlara hazırlıq dövründə stresslə necə mübarizə aparmağım barədə məlumat verdim. Onlar da mənə maraqlı suallar ünvanladılar. İdmançıların təbəssümlərindən hiss olunurdu ki, onlar Avropa çempionatına hazırdılar".

Qeyd edək ki, Avropa çempionatı mayın 21-dək davam edəcək.

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 3-cü qızıl medalı qazanıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Malik Həsənov erməni boksçu ilə döyüşmədən qalib elan olunub

Fərdi
Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Azərbaycanın iki cüdoçusu zədə səbəbindən Bakıdakı yarışı buraxacaq

Fərdi
MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

MOK-un 30 illik yubiley tədbirinin vaxtı müəyyənləşib

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

Fərdi
Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Tomas Bax: "Rusiya və Belarusa qarşı sanksiyalar davam etməlidir"

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

"Formula 1": Bakıdakı yarışdan əvvəl Türkiyə Qran Prisi gerçəkləşə bilər

Fərdi
İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb