Mak Allisterin keçidi “Liverpul” tarixinin ən bahalı transferlərindən olacaq

Mak Allisterin keçidi “Liverpul” tarixinin ən bahalı transferlərindən olacaq

"Brayton" futbol klubunun yarımmüdafiəçisi Aleksis Mak Allister yay transfer pəncərəsində "Liverpul"a keçəcək.

"Report" "TyC Sports"a istinadən xəbər verir ki, "mersisaydlılar" artıq "Brayton"un yarımmüdafiəçisinin transferi ilə bağlı razılaşıb və o, gələn mövsüm Premyer Liqada klubunu dəyişəcək. Argentinalı ilə uzunmüddətli müqavilə imzalanacaq.

“Brayton” oyunçunun transferi üçün təxminən 70 milyon funt sterlinq alacaq. Yarımmüdafiəçinin keçidi “Liverpul”un tarixindəki ən bahalı transferlərdən biri olacaq.

Qeyd edək ki, "Liverpul"un tarixində ən bahalı transfer 84,65 milyon avroya "Sauthempton"dan Vircila van Deykin keçididir.

Mak Allister cari mövsümdə bütün yarışlarda “Brayton”un heyətində 37 oyuna çıxıb, 12 qol və 2 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2025-ci il iyun ayının sonuna kimi qüvvədədir. “Transfermarkt” onlayn portalının məlumatına görə, oyunçunun təxmini qiyməti 42 milyon avrodur.

Futbol
Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Azərbaycan millisinin məşqçisi İtaliya klubu ilə müqavilə imzalayıb

Futbol
Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Bıçaqlı hücuma məruz qalan futbolçu 2 ay oynaya bilməyəcək

Futbol
PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Futbol
Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Cənubi Afrika Respublikası daha bir dünya çempionatına ev sahibliyi edə bilər

Futbol
İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

İspaniyalı futbolçu "Qarabağ"la oyunu buraxa bilər

Futbol
UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

UEFA "Yuventus"la bağlı araşdırmalara başlayıb

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Azərbaycan millisinin baş məşqçisi: "İkinci hissədə gücümüz çatmadı"

Futbol
Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Ayaz Quliyev: "Azərbaycan millisində oynaya bilərəm"

Futbol
Canni de Byazi iki futbolçudan imtina edib

Canni de Byazi iki futbolçudan imtina edib

Futbol
Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Slovakiya və Qazaxıstanla oyunlar üçün heyəti açıqlanıb

Futbol
Modriç millidə oynamağa davam edəcəyini bildirib

Modriç millidə oynamağa davam edəcəyini bildirib