Rizvan Umarov: “Azərbaycan mənə yol açdı, "Qarabağ" təklif göndərdi” - MÜSAHİBƏ

Rizvan Umarov: “Azərbaycan mənə yol açdı, "Qarabağ" təklif göndərdi” - MÜSAHİBƏ

Azərbaycan milli komandasının sabiq forvardı, Rusiyanın “Rotor” klubunda oynayan Rizvan Umarovun apasport.az saytına müsahibəsi

- "Rotor"da işlərin necə gedir? Komandanızın yenidən Premyer Liqaya yüksəlmək hədəfi var?

- Karyeram normal davam edir. Qarşımıza qoyulan məqsədə çatmağa çalışırıq. Yaxın vaxtlarda bunu biləcəyik. Biz də bunun üçün hər şeyi edirik. Ümidvaram ki, alınacaq.

- Azərbaycan millisinin sabiq futbolçususan. Son vaxtlarda ölkəmizdə oynamaq və ya yığmanın formasını yenidən geyinmək variantı olmayıb ki?

- Xeyr. Azərbaycandan heç kim mənə müqavilə təklif etməyib. Yoxdursa, nəsə özümdən deyəsi deyiləm. Amma hər zaman bütün təkliflərə açığam.

- Yayda necə təklif olacağına inanırsan? Hansı komandada oynamaq istəyərdin?

- Əlbəttə ki, Azərbaycan çempionatından təklif olarsa, məmnuniyyətlə gözdən keçirərdim. Maraqlı və məqsədləri olan klubda oynamaq olar. Buna hazıram.

- Azərbaycan millisinin formasını geyinsən də, klublarımızda çıxış etməmisən. Premyer Liqada oynamaq şansın olmayıb?

- Yığmada oynadığım vaxtlarda klublarınız məni heyətinə qatmaq istəyirdi. "Sumqayıt", "Qarabağ" və "Qəbələ" mənə təklif də göndərmişdi.

- Yəqin ki, bundan sonra Azərbaycan millisində oynamaq imkanın olmaz?

- Şans hər zaman var. Heç vaxt heç nə gec deyil. Təbii ki, bir anda dəyişiklik olması da mümkündür. Görək, necə olacaq. Mən özüm hər zaman hazırlaşıram, oynayıram.

- Azərbaycan millisinə çox şey vermisən, yoxsa yığma sənə daha çox uğur gətirib?

- Azərbaycan mənə böyük futbolda yol açdı. Düzünü deyim, əgər AFFA olmasaydı, bu səviyyədə oynamaq mümkün olmazdı. Ona görə də, onların mənə çox şey verdiyini deyə bilərəm. Mən də hər zaman əlimdən gələni etmişəm.

- Yığmada milliləşdirilmiş futbolçular az olmayıb. Onların Azərbaycandan kənardakı karyerası yaxşı davam edirsə, komandamızı unudurlar. Səncə niyə belədir?

- Perspektivli futbolçular hər zaman böyük liqalarda oynamaq istəyir. Avropada daha yaxşı liqalarda oynamaq fikrinə düşürlər. Bəzən də, kimsə Azərbaycan çempionatını ciddi qəbul etmir. Amma mənə görə Premyer Liqa heç də zəif deyil. Hər halda, kiminsə əvəzinə danışa bilmərəm.

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

İbrahimoviç: “Fransanın mənə ehtiyacı var, mənə Fransa lazım deyil”

Futbol
İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

İstanbul nəhəngi 6 legioneri ilə vidalaşır

Futbol
Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Azərbaycan derbisi: Biletlərin qiyməti açıqlanıb

Futbol
“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

“Qarabağ” Azərbaycan rekordunu yeniləyib

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

DÇ-2022: Uels - İran oyununda ikinci hissə başlayıb

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

"Çelsi" şəxsi razılıq əldə etdiyi argentinalı futbolçu üçün danışıqlara başlayıb

Futbol
"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

"Dinamo"nun baş məşqçisi: "Mahir Emreli sabah heyətdə olacaq"

Futbol
Tanınmış futbolçu karyerasını başa vurub

Tanınmış futbolçu karyerasını başa vurub