Musa Qurbanlı: “Qol vurmaq üçün dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”

Musa Qurbanlı: “Qol vurmaq üçün dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”

“Qol vurmaq istəmədiyim, bundan ötrü dəridən-qabıqdan çıxmadığım oyun olmayıb”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümünün mükafatlandırma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

21 qol vurmasına baxmayaraq, çempionatın bombardiri ola bilməyən gənc hücumçu buna görə üzülmədiyini bildirib: “Mən hər oyunda qol vurmaq istəyirəm. “Turan Tovuz”la qarşılaşma da istisna deyildi. Əlbəttə, kim bombardir olmaq istəməz? Amma çox məyus olmuram. Çünki 21 qol vurdum. Ən məhsuldar oyunçu da başqası yox, özümüzünkü - Ramil Şeydayev oldu. Onun adına da çox sevindim. Mən əlimdən gələni etdim. Xeyirlisi belə imiş”.

21 yaşlı forvard cari mövsümdə qazanılan çempionluğu əvvəlkilərlə müqayisə etməyi düzgün hesab etməyib: “Hər mövsümün öz çətinliyi var. Ümumiyyətlə, asan mövsüm olmur. Nə qədər çox qələbə qazansaq, kənardan asan görünər. Amma hər bir oyun çətin olur. Burada bizim illik əziyyətimizin bəhrəsi var. Ola bilər ki, meydanda qələbələr qazana bilərik, ancaq ondan kənarda çəkdiyimiz əziyyətlər görünməz. Heç bir mövsümü digərindən ayırmıram. Təkcə futbolçuların yox, məşqçilərin, klub işçilərinin, rəhbərliyin böyük əziyyəti var. Buna görə də, hər mövsüm çempion olanda böyük sevinc yaşayırıq”.

M.Qurbanlı “Sabah”ın çempionluq uğrunda onlarla mübarizə aparmasına sevindiyini söyləyib: “Sabah” bizə bir az çətinlik yaşatdı. “Sabah” kimi bir klubumuzun olması bizi sevindirir. Bu, çempionatın inkişafına təkan olar. İstərdik ki, həm “Sabah”, həm “Neftçi”, həm “Zirə”, həm “Qəbələ”, həm də digər klublarımız çox inkişaf eləsinlər, maraqlı çempionatımız olsun. Bunun bizə ancaq köməyi ola bilər”.

Azərbaycan millisinin üzvü legioner həyatı yaşamaq variantını da dəyərləndirib. O, buna atası Qurban Qurbanovla birgə qərar verəcəklərini vurğulayıb: “Bu barədə hələ dəqiq qərar verilməyib, söhbətimiz olmayıb. Bunun üçün çempionatın bitməsini gözləyirdik. Qərarı atamla bir yerdə verəcəyik. Çünki nəticədə gedib oynamalı olan mənəm. Amma atamın qərarı, məsləhəti olmadan addım atmaram. Çünki onun təcrübəsi məndən qat-qat çoxdur. Təklifi mənim özümə yox, kluba göndərirlər. Rəsmi təklif edilsəydi, yəqin ki, xəbərimiz olardı. Maraqlananların olması yəqin ki, normaldır. Çünki gənc futbolçu qollar vuranda maraqlanırlar. Bu barədə ətraflı söhbətimiz olmayıb”.

O, “Qarabağ”da qalacağı təqdirdə, avrokuboklarda da qollar vurmaq arzusunda olduğunu gizlətməyib: “Mənim işim çıxıb meydanda oynamaqdır. Bunu zaman göstərəcək. Bilirsiniz, ölkə çempionatında 30-dan çox oyun olur, avrokuboklarda isə bir rəqiblə iki dəfə qarşılaşırsan. Bunun da düzələcəyinə inanıram”.

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

“Beşiktaş” Niderland millisinin futbolçusu ilə müqaviləni ləğv edib

Futbol
Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Konfrans Liqası: Daha 10 komanda pley-offa yüksələ bilər

Futbol
Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Bekhemin klubu Ronalduya illik 34 milyon avro maaş təklif edib

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

"Mançester Yunayted" Braziliya millisinin hücumçusunu transfer edib

Futbol
"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

"Qəbələ" UEFA Gənclər Liqasına məğlubiyyətlə başlayıb

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

FİFA Mahir Emrelini futboldan uzaqlaşdırıb

Futbol
Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”

Qurban Qurbanov: “Yorğunluq beyinə də təsir edir”