Avropa Liqası: "Qarabağ"ın sabiq üzvü qapıya ən çox zərbə vuran ikinci futbolçu olub

Avropa Liqası: "Qarabağ"ın sabiq üzvü qapıya ən çox zərbə vuran ikinci futbolçu olub

UEFA Avropa Liqasında 2022/2023 mövsümünün yekun statistik göstəriciləri açıqlanıb.

"QELEBE.AZ" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qış transfer dönəmində "köhlən atlar"ı Macarıstan "Ferentsvaroş"una dəyişən Kvabena Ovusu turnirdə qapıya ən çox zərbə vuran oyunçuların siyahısında yer alıb.

26 yaşlı forvard Ağdam təmsilçisinin heyətində qrupdakı 6 qarşılaşmada 14 dəfə bunu bacarıb və siyahıda ikinci pillədə qərarlaşıb. İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford (17) bu göstəricidə birinci olub. İtaliya "Roma"sından Lorentso Pelleqrini, Almaniyanın "Union" (Berlin) komandasında Şeraldo Bekker (hər ikisi 12) 3-4-cü sıraları bölüşdürürlər.

Qeyd edək ki, Kvabena Ovusu başa çatan mövsümdə UEFA Avropa Liqasının qrup mərhələsində 3 qolla yadda qalıb. İspaniya "Sevilya"sı "Roma"nı əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final görüşünün penaltilər seriyasında məğlub edərək tarixində 7-ci dəfə Avropa Liqasının qalibi olub.

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Azərbaycan millisinin İsveçlə səfər oyununun yeri müəyyənləşib

Futbol
Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Almaniya Kuboku: "Qarabağ"ın rəqibi çətin qələbə ilə mərhələ adlayıb

Futbol
İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

İsveçrəli qapıçı tarixi nailiyyətə imza atıb

Futbol
Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Baş məşqçi "Qarabağ"la oyunda yarımmüdafiəçini hücumda oynatmaq istəyir

Futbol
Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Liberiya prezidentin oğlu DÇ-2022-nin heyətinə çağırılıb

Futbol
"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

"Napoli" Maradonanın dönəmindəki rekordu təkrarlayıb

Futbol
Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Tadevosyan: "Federasiya Ermənistanda futbolun inkişafından başqa, hər işlə məşğuldur"

Futbol
"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

"Mançester Yunayted" Ronaldunun qalmaqallı müsahibəsi ilə bağlı bəyanat yayıb

Futbol
“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

“Zirə” ilk oyununda minimalhesablı qələbə qazanıb

Futbol
"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

"Bavariya", "Napoli" və "Brügge" 1/8 finala vəsiqəni təmin edib

Futbol
Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər

Azərbaycanın FIFA referiləri UEFA-nın kursunda iştirak ediblər