"Neftçi"nin prezidenti: "Top-5" liqalarda çıxış edən futbolçularla danışıq aparılır"

"Neftçi"nin prezidenti: "Top-5" liqalarda çıxış edən futbolçularla danışıq aparılır"

"Yaxşı transferlər etməyi planlaşdırırıq. Ciddi klublarda çıxış edən futbolçularla danışıq gedir. Hətta söhbət top-5 liqaların komandalarının futbolçularından gedir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Neftçi"nin prezidenti Kamran Quliyev deyib.

45 yaşlı funksioner baş məşqçi Laurentsiu Regekampfa inandıqlarını bildirib: "Daha güclü heyətə malik olacağıq. Dəyişməyin də mənası olmalıdır. Komanda tam da istədiyimiz oyunu göstərə bilmir. Amma biz baş məşqçiyə, futbolçulara da inanırıq. Gələn oyunçular yeni rəng qatacaqlar. Təkcə Azərbaycan Premyer Liqası üçün yox, Avropada uğur qazanmaq üçün çox ambisiyalı heyət yığırıq. Bir az gözləmək lazımdır. Artıq çox aktiv işlər gedir. Minimum 7-8 transfer olacaq. Demək olar ki, hər mövqeyə oyunçu alacağıq.Yaxşı futbolçu tapmaq çox çətindir. Hər il Sabir Buqrin və Mamadu Kane kimi oyunçu gətirmək asan deyil".

Quliyev Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 1 və ya 2 oyunçunu heyətlərinə qata biləcəklərini vurğulayıb. O, "Səbail"in qapıçısı Emil Balayev və "Qarabağ"dan ayrılan Filip Ozobiçin də "ağ-qaralar"a mümkün keçidini istisna etməyib: "Ola bilər. Hələlik hər şeyi deməyim".

Klub prezidenti Azərbaycan Kubokunu qazanacaqlarına inandığını söyləyib: "Komandaya, baş məşqçiyə və azarkeşlərə böyük ümidimiz var. Bildiyim qədər stadion da dolu olacaq. Bizim üçün çox vacib qarşılaşmadır. "Neftçi" hər zaman meydana qələbə üçün çıxır. Qalib gələcəyimizə inanıram".

O, Anatoli Banişevskinin adının 8-ci km stadionuna verilməsi ehtimalına da toxunub: "Anatoli Banişevskinin layiq olmadığı bir şey yoxdur. "Bakcell"lə müqavilə başa çatıb. Amma stadion AFFA-ya məxsusdur. Gələcəkdə burada təmir və kommersiya yönümlü işlər görməyi planlaşdırırıq. Stadiona ad vermək bir günün işi deyil. Bu, ölçülmüş qərar olmalıdır. Anatoli Banişevski və "Neftçi" adı həmişə yanaşı çəkilir".

Quliyev son olaraq "Neftçi"nin sabiq futbolçusu Zaur Tağızadənin mümkün qayıdışı ilə bağlı fikirlərini bölüşüb: "Zaur Tağızadə ilə dostuq. Ondan başqa da klubda iz qoyub gedənlər olub. Əgər o və onun kimilər iş axtarışında olsaydılar, birinci ona dəvət göndərərik. Amma bilirsiniz ki, digər klubda fəaliyyət göstərirlər. Klubun tarixinə düşənlər üçün həmişə iş olacaq".

Futbol
İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

İtaliya futbolunda qeyri-adi hadisə: Hakim kənara vurulan topu qol kimi qeydə alıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

İngiltərə Futbol Assosiasiyası Sautgeytin postunda qalacağını təsdiqləyib

Futbol
FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişiklikləri açıqlayıb

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Futbol
"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

"Nant"ın müdafiəçisi: "Qarabağ"a səfərdə qalib gəlmək çox çətindir"

Futbol
Qaret Beyl Uels millisinin tarixinə düşüb

Qaret Beyl Uels millisinin tarixinə düşüb

Futbol
DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Futbol
“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

“Qarabağ” rekordunu, “Zirə” antirekordunu təkrarlayıb

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

"Araz-Naxçıvan" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər