Fərid Qayıbov: “Ümid edirəm ki, gələcək çempionlarımızı bu zalda yetişdirəcəyik”

Fərid Qayıbov: “Ümid edirəm ki, gələcək çempionlarımızı bu zalda yetişdirəcəyik”

“Ümid edirəm ki, gələcək çempionlarımızı bu zalda yetişdirəcəyik”

“QELEBE.AZ” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Heydər Əliyev adına İdman-Konsert Kompleksində istifadəyə verilən buz meydançasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Nazir tezliklə zalda məşqlərə start veriləcəyini bildirib: “Bu arenanın təməli Ulu Öndər Heydər Əliyev tərəfindən 1976-cı ildə qoyulub. Buz meydançası bir müddət məşq zallarında olub. İndi isə Ümummilli Liderin 100 illiyinə həsr olunan dönəmdə əsas zalda buz meydançası istifadəyə verilir. Ölkə Prezidenti İlham Əliyevin idmana qayğısı nəticəsində Azərbaycanda 100-dən çox idman qurğusu var. Artıq buz meydançası da fəaliyyət göstərəcək. Burada qış idman növləri üzrə məşqlər başlayacaq. Məşqçilər də artıq gəliblər. Bizə dəstək verdiyi, uşaqları bura toplamağımıza köməklik göstərdiyi üçün elm və təhsil naziri Emin Əmrullayevə təşəkkürümü bildirirəm. Uşaqların gəlib buranı görmələri bizim üçün çox vacib idi. İnanıram ki, onların da xoşuna gəldi”.

O, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin adında dəyişiklik edilməyəcəyini söyləyib: “Məkanın adı dəyişdirilməyəcək. Burada digər idman növləri - MMA, gimnastika üzrə də məşqlər var, eyni zamanda fitness zalı mövcuddur. Buzun funksiyaları da çoxdur. Buzu yığışdırıb, sonradan quraşdıra da bilərik. Yəni başqa tədbirlər də keçirmək mümkün olacaq. Amma istərdik ki, bu, daimi olsun”.

F.Qayıbov iyunun 21-dən iyulun 2-dək Polşada keçiriləcək Avropa Oyunları barədə gözləntilərini də açıqlayıb: “Həmişəki kimi, idmançılarımızdan uğurlu çıxışlar gözləyirik. Format dəyişdirilib, yeni idman növləri var, iştirakçıların sayı artıb. İdmançılarımız Avropa Oyunlarında yaxşı heyətlə iştirak edəcəklər. Hər bir idmançının hazırlıq dönəmi var. Bəzi növlərdə Avropa çempionatı keçiriləcək. Bu səbəbdən bütün idman növlərində ən güclülərimizin gedəcəyini deyə bilmərik. Ancaq Azərbaycanın orada yaxşı təmsil olunacağına inanıram”.

Gənclər və idman naziri Bakıda təşkil edilən taekvondo üzrə dünya çempionatında Azərbaycan təmsilçilərinin nəticələrinə də münasibət bildirib. O, uğursuz çıxışı heyətdə edilən dəyişikliklərlə əlaqələndirib: “Dünya çempionatı böyük tədbirdir, 140-dan çox ölkənin ən güclü taekvondoçuları bura gəliblər. Olimpiada öncəsi ən mötəbər yarışdır. Təəssüf ki, indiyə qədər mübarizəyə qoşulan idmançılarımız medal qazana bilməyiblər. Yığmanın heyətində bəzi dəyişikliklər edilib, yeni taekvondoçular var. Əlbəttə ki, hamımız uğurlu nəticə olmasını istərdik. Bəlkə də, idmançılarımız həyəcanlı olurlar. Bunun səbəbi barədə daha çox məşqçilərimiz danışa bilər. Hamını taekvondoçularımızı dəstək olmağa çağırıram”.

Fərdi
“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

“Vüqar Həşimov Memorialı-2022”: Rapid yarışlarına yekun vurulub

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Federasiya prezidenti Dünya Kubokunda Azərbaycan güləşçilərinə uğurlar arzulayıb

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Atıcılıq üzrə Federasiya Kuboku yeniliklə yadda qalıb

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi imiş

Fərdi
Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Fərdi
UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

UFC çempionluq kəmərinin yeni sahibi məlum olub

Fərdi
Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Bakıda beynəlxalq güləş turnirinə yekun vurulub

Fərdi
Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Velosiped üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib